Çində olan yeni sistem 50 metr məsafədən insanları yerişlərinə görə tanıya bilir

Çində olan yeni sistem 50 metr məsafədən insanları yerişlərinə görə tanıya bilir

Texnologiya
08.11.2018 PAYLAŞIM

    Sözügedən alqoritm hər hansısa bir şəxsin hətta yeriş tərzini dəyişdikdə belə onu tanıya bilir. Bu cür sistemlər bir çox ölkələrdə hazırlanır. Lakin məhz Çində bu sistem ilə artıq polislər maraqlanırlar. İstənilən insanın tanınması üzrə hazırlanan yeni sistem Çinin Watrix şirkəti tərəfindən təqdim edilib. Şirkətin verdiyi məlumata əsasən onun hazırladığı bu sistem insanı 50 metr məsafədən onun görünüşü və yeriş tərzinə görə tanıya bilir.

    Məlumata əsasən bu yeni sistemin dəqiqliyi yalnız insan üzünün skan texnologiyasının dəqiqliyindən geri qalır. Lakin buna baxmayaraq yeni sistem 94% ehtimalda insanı düzgün şəkildə tanıya bilir. Şirkətin verdiyi məlumata əsasən iki identifikasiya texnologiyasının birləşməsi istənilən insanın şəxsiyyətinin maksimal dəqiqliklə təyin olunmasına yardımçı olur. Məlumata əsasən bu sistemin süni zəkasını aldatmaq qeyri-mümkündür. Əgər hansısa şəxs əyilsə, üzünü çevirsə, üzünü hansısa digər üsulla gizlətsə və hətta yeriş tərzini də dəyişsə, o, alqoritmi aldada bilməyəcək. Çünki alqoritm həmin şəxsin tam siluetini və yeriş tərzini analiz edir.

Bənzər xəbər



    Lakin buna baxmayaraq sözügedən yeni sistemin mənfi cəhətləri də var. Məsələn bir insanın şəxsiyyətinin tam dəqiq təyin olunmasına sistem 10 dəqiqə vaxt sərf edir. Belə ki, sistem yaddaşa yazılmış videonu skan edir və bu halda əldə edilmiş nəticəni real zamanda təqdim etmir. Bu sistem vasitəsilə analizin aparılması üçün istənilən videokamera sayəsində yazılmış videonu əldə etmək olar. Çində isə videokameraların sayı 170 milyondan çoxdur. Watrix şirkəti artıq tədqiqatlar üçün 14.5 milyon dollar investisiya əldə edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×