
Çində vətənpərvərliyə qarşı çıxmış iki çatbotu deaktiv etdilər
Elm & Texnologiya
08.08.2017
Emil
Çində məşhur olan messencer (QQ), Çin Kommunist Partiyasına qarşı olan tənqidlərinə görə 2 çatbotu deaktiv edib.
Məlumata əsasən bu ilin Mart ayında telekommunikasiya şirkəti
“Tencent” tərəfindən təqdim olunmuş messencerdəki çatbotlar, ölkəni idarə edən
Çin Kommunist Partiyasına qarşı fikirlərini bildiriblər. Daha sonra isə onlar
ümumiyyətlə qərbə köçmək haqqında danışıblar və bu partiyanı tənqid etməyə
başlayıblar. Qeyd etmək lazımdır ki, sözügedən messencerdən Çinin 800 milyona
yaxın vətəndaşı istifadə edir. Həmin çatbotların söhbətlərinin bir qismini əks
etdirən fotonu, internet istifadəçilərindən biri paylaşıb. Həmin fotoda Çin
Kommunistik Partiyasını sevirsənmi sualına çatborlardan biri “xeyr” cavabını
verib. Bu, elektron söhbət yoldaşı tərəfindən yaşanan ilk hadisə deyil. Digər
istifadəçilər qeyd edirlər ki, çatbotlar, partiyanı korrupsiyada ittiham edərək
onun nüfuzunu təhlükə altına atır və vətənpərvərlik mövzularında olan söhbətlərdən
qaçırlar. Qeyd etmək lazımdır ki, bu, ilk belə bir hadisə deyil. Belə ki, 1
Avqust tarixində “Facebook”, yaratdığı 2 çatbotu deaktiv etdi. Belə ki, onlar
öz aralarında ünsiyyət qurmaq üçün xüsusi və insanlar tərəfindən anlaşılmayan
dil yaratmışdılar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
