Çində yaradılmış robot, riyaziyyat fənnindən imtahan verib

Çində yaradılmış robot, riyaziyyat fənnindən imtahan verib

Texnologiya
09.06.2017 PAYLAŞIM

“Zhunxingyunxue Technology” şirkəti tərəfindən yaradılmış AI-MATHS adlı robot, riyaziyyat fənnindən imtahanı uğurla verib.

Pekinin humanitar məktəblərindən olan məzunlarla birlikdə imtahan vermiş robot, 150 xaldan 105 xal yığıb. “Nəticə qənaətbəxşdir” – deyə şirkətin prezidenti Lin Hui bildirib. İmtahana hazırlıq prosesi kimi robot öz məntiq və alqoritmlərini təkmilləşdirmək üçün 12000 riyazi sualı öyrənib. Lakin bu kifayət etməyib. İmtahan zamanı o, təmiz riyazi suallara çətinlik çəkmədən cavab verib. Lakin bununla yanaşı robot, investisiya və maliyyə menecmenti kimi sözlərin mənasını başa düşməyib. Nəticə etibarilə o, bəzi sualların mənasını sezərək həmin suallara səhv cavab verib. AI-MATHS adlı süni zəka, 2014-cü ildə Tsinqhuya Universitetində yaradılmışdı. Bu ilin Fevral ayında o, məktəblərdən birində riyaziyyat fənni üzrə testdən keçərək 93 xal yığmışdı. Bu cür robotların hazırlanması əslində Çinin Elm və Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilmişdir. Onların planlarına əsasən 2020-ci ilə kimi süni zəkaya sahib robot o dərəcədə ağıllı olmalıdır ki, o, ölkənin ən nüfuzlu təhsil ocaqlarına keçid imtahananından keçə bilsin.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk, Neuralink-in yeni çipinin daha bir özəlliyindən danışdı: Yeni təqdima..

Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti bu ilin sonunda beyin çiplərinin insan üzərində il..


Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib..

Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in bet..


Tesla elektromobilləri yeni batareyalar hesabına daha çox yol qətt edə biləcəklə..

Batareyanın tərkibində kobalt elementinin miqdarı nə qədər az olarsa enerjinin sıxlığə bir o qədər ç..


SpaceX-in Crew Dragon kosmik gəmisi astronavtları uğurla Yer kürəsinə qaytardı (..

SpaceX-in Crew Dragon kosmik gəmisi ilə BKS-ə (Beynəlxalq Kosmik Stansiya) yollanmış astronavtlar Ro..


Məşhur Kodak şirkəti 1500% dəyər qazandı: Koronavirus təsiri

Məşhur Kodak şirkəti koronavirus dərmanlarının hazırlanmasında yardım göstərəcəyi üçün 1500% dəyər q..


Samsung Çindəki sonuncu kompüter istehsal zavodunu da bağladı

Samsung şirkəti Çində yerləşən sonuncu kompüter istehsal zavodunu da bağladı.

×