
Çindəki metro stansiyalarından biri məşhur şirkətin adını əldə edib
Elm & Texnologiya
23.08.2020
Emil
Çinin Şençjen şəhəri dünyanın ən böyük metropolitenlərindən birinə sahibdir. Belə ki, Şençjen şəhərinin metropoliten sisteminin stansiyalarının ümumi uzunluğu 382.1 km təşkil edir. İrimiqyaslı inşaat çərçivəsində mövcud olan metro sisteminə ümumi uzunluğu 78 km olan 2 yeni xətt əlavə edilib və onlar özlərində 51 yeni metro stansiyasını birləşdirirlər.
Maraqlısı ondadır ki, onlardan biri Çinin məşhur şirkətinin adını əldə edib. Bu barədə Gizmochina saytı xəbər verib. Şençjen metropoliteninin 51 yeni stansiyasından biri Huawei adını əldə edib. Həmin stansiya şirkətin Lunqan rayonundakı ofisinə yaxın yerləşir. Şəhər sakinləri bu cür hadisəni maraqla qarşılayıblar və onlar stansiyanın adının fonunda öz smartfonlarının fotolarını çəkirlər. Bu cür hadisəyə həmçinin Apple smartfonlarının istifadəçiləri də böyük maraq göstəriblər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
