Çindən olan smartfon brendləri Avropadakı rəqiblərini sıxışdırıb çıxardırlar

Çindən olan smartfon brendləri Avropadakı rəqiblərini sıxışdırıb çıxardırlar

Texnologiya
15.02.2019 PAYLAŞIM

    Canalys adlı tədqiqat şirkəti 2018-ci ildə Avropadakı smartfon bazarının vəziyyəti üzrə hesabatı təqdim edib. Analitiklər qeyd ediblər ki, Çindən olan brendlər Avropadakı mövqelərini gücləndirirlər və artıq bazarın 1/3 hissəsini idarə edirlər. Bunu sübut edən bir fakt da ondan ibarətdir ki, flaqman smartfonların satışları getdikcə aşağı düşür. Bu barədə GSMarena saytı xəbər verib. 2018-ci ildə Qərbi Avropa regionunda 128 milyon ədəd smartfon satışa çıxıb. Ümumilikdə Avropanı smartfon ilə təchiz etmə göstəricisi 1 il ərzində 4% aşağı düşüb. Qərbdə isə bu göstərici ümumiyyətlə 2013-cü ildən bəri ən aşağısını sərgiləyib.


Bənzər xəbər


    Analitiklərin fikrincə bunun əsas səbəbi flaqman smartfonların qiymələrinin artmasıdır. Smartfonların ən baha qiymətə satıldıqları İngiltərə, Almaniya və Şimali ölkələrdə smartfonlar maksimal dərəcədə aşağı tirajla satışa çıxıblar. Smartfonların daha aşağı qiymətə satıldıqları İspaniya və İtaliyada isə smartfonlar yüksək tirajla satışa çıxıblar. Əsasən 200-350$ qiymət göstəricili smartfonlar daha çox məşhurlaşıb. Avropa bazarında ən böyük smartfon istehsalçısı kimi hələ də Samsung şirkəti çıxış edir. Onun keçən il bu bazarda satışa çıxartdığı smartfon tirajları 1% aşağı düşüb. İkinci yerdə Apple şirkəti qərarlaşıb. Onun göstəriciləri isə 5.1% aşağı düşüb. Üçüncü yeri Huawei şirkəti, dördüncü yeri isə Xiaomi şirkəti tutub.


    Bu iki şirkət il ərzində öz smartfon təchizatı göstəricilərini 55.7% (Huawei) və 62% (Xiaomi) yüksəldiblər. Əgər bu tendensiya olduğu kimi davam etsə, 2019-cu ildə Huawei smartfonları məşhurluqda Apple şirkətinin smartfonlarını geridə qoyacaqlar. 2013-cü ildən bəri Çindən olan brendlər Avropa bazarındakı mövqelərini 3 dəfə yüksəldiblər və yavaş-yavaş öz rəqiblərini bu bazarda sıxışdırırlar. ABŞ ilə Çin arasında olan ticarət müharibəsi səbəbilə Çindən olan brendlər üçün Avropa bazarına investisiya yatırmaq daha sərfəlidir. Bu səbəbdən Çindən olan brendlərin göstəricilərinin yüksəlməsi tendensiyası olduğu kimi qalmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×