Çinin BOE şirkəti 16K keyfiyyətli 110 düym-lük ekranını sərgiləyib

Çinin BOE şirkəti 16K keyfiyyətli 110 düym-lük ekranını sərgiləyib

Texnologiya
24.05.2023 PAYLAŞIM

    Bir çox gamerlər 4K keyfiyyətli monitorlara keçid edib-etməmək mövzusunda müzakirələri apardıqları bir vaxtda professional ekranların istehsalı ilə məşğul olan şirkətlər 6K və hətta 8K keyfiyyətində monitorların hazırlanmasına diqqət ayırırlar. Lakin bu məsələdə BOE şirkəti bütün mümkün rekordları qırıb. Belə ki, Display Week 2023 sərgisi çərçivəsində şirkət 16K (15360x8640 piksel keyfiyyəti) keyfiyyətli 110 düym-lük ekranını sərgiləyib. Sözügedən ekran LCD texnologiyası əsasında hazırlanıb. Hətta ən müasir videokartlar da çətin ki, bu cür görüntü keyfiyyətinə sahib oyunların öhdəsindən gələ bilsinlər. Başqa sözlə desək, bu ekranda əks olunan təsvir 132 milyon pikseldən ibarət olur. Müqayisə üçün qeyd etmək lazımdır ki, müasir 4K ekranlar 16 dəfə daha az pikselə sahib olurlar. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. 




DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×