Çinin Cloudwalk süni zəka sistemi 10000 cinayətkarın yaxalanmasına yardımçı olub
Elm & Texnologiya
29.03.2019
Emil Nəcəfov
Gün ərzində Cloudwalk adlı süni zəka sistemi 1 milyarddan çox insanı skan edir və öz məlumat bazasını genişləndirməyə davam edir. İnsanların üzlərini təyin etmək üçün nəzərdə tutulmuş bu sistem Çinin ictimai nəqliyyat növlərində, bankomatlarda və hava limanlarında yerləşdirilib. Lakin bu sistemin əsas uğur açarı Çin hökumətinin dəstəyində və onunla əməkdaşlığındadır. Bu barədə Hightech.plus saytı xəbər verib.
Cloudwalk insan üzlərinin təyin olunması sistemini Çinin 29 əyalətinə inteqrasiya edib. Bu şirkətin məhsullarından bələdiyyələr və hava limanlarının sahibləri istifadə edirlər. Bundan əlavə olaraq bu şirkətlə 400-dən çox bank da əməkdaşlıq edir. Onların arasında Bank of China və Agricultural Bank of China kimi böyük banklar var. Həmin banklar insanların üzlərini təyin edən cihazlarla öz bankomatlarını təmin edirlər. Həmin bankomatlar vasitəsilə isə gün ərzində 216 milıyondan çox tranzaksiya reallaşdırılır. Şirkət hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyinə də gizlətmir. Həmin orqanlar üçün Cloudwalk şirkəti videoanalitika sistemlərini yaradır.
Şirkətin bir neçə müddət bundan öncə paylaşdığı hesabatda qeyd olunmuşdu ki, şirkətin varolduğu 4 il ərzində o, Çin polisinə 10.000 cinayətkarın yaxalanmasında yardımçı olub. Bu müddət ərzində sistem 100 milyard məlumat əldə edib. Həmin məlumatlar vasitəsilə sistem gün ərzində milyardlarla çinlinin üzlərini skan edə bilir. Şirkət Çin hökumətinə irimiqyaslı izləmə və idarəetmə sisteminin yaradılmasında köməklik edən digər süni zəka startapları siyahısına daxildir. Bu irimiqyaslı sistemin əsas elementlərindən biri də vətəndaşların izlənməsi üçün hazırlanmış proqramdır. Bunun üçün hökumət məlumat verənləri (xəbərçilər) işə cəlb edir və çoxlu sayda kameralar quraşdırır.
2017-ci ildə təkcə ictimai yerlərdə videoizləmə üçün 20 milyondan çox cihaz quraşdırılmışdı. Məlumata əsasən kameraların ümumi sayı 176 milyondan az deyil. 2020-ci ilə kimi isə əlavə 450 milyon kamera quraşdırılacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, ABŞ-da ümumilikdə 50 milyon bu cür sistem quraşdırılıb. Məlumata əsasən məhz Cloudwalk şirkəti insanların üz tanımaları sistemlərinin standartlarının hazırlanmasında hökumətə yardımçı olub və mütəmadi olaraq hökumət tərəfindən maliyyələşdirilib. Belə ki, təkcə 2017-ci ildə Quançjou hökuməti sözügedən şirkətin inkişafı üçün ona 297 milyon dollar investisiya yatırmışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!