
Çinin geyim markası App Store loqosunun ondan oğurlanması barədə "Apple" şirkətini məhkəməyə verdi
Elm & Texnologiya
19.12.2017
Emil
Şirkət “Apple”dan açıq şəkildə üzr istəməyi və dəymiş zərəri ödəməyi tələb edir.

Çinin Kon adlı geyim markası App Store üçün öz loqosunun oğurlanmasında “Apple” şirkətini ittiham edir. Bu barədə Phone Radar saytı xəbər verib. 2009-cu ildə təsis edilmiş geyim şirkətinin verdiyi məlumata əsasən o öz loqosunun bütün müəllif hüquqlarına sahibdir. “Apple” isə həmin loqonu bu ilin Avqust ayından etibarən öz App Store servisi üçün istifadə edir. Qeyd etmək lazımdır ki, həmin vaxtda şirkət loqoda olmuş kisti, xətkeşi və karandaşı kəsişən zolaqlar ilə əvəz etmişdi. Nəticədə geyim şirkəti “Apple”dan açıq şəkildə üzr istəməsini, kompensasiya ödəməsini və iddiaya görə ona məxsus olan loqonun iştirak etdiyi məhsulların satışlarının dayandırılmasını tələb edib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
