main-post-cover

    Çinin İT nəhəngləri süni zəka inkişafı üçün birləşəcəklər

    Elm & Texnologiya
    22.11.2017
    Farid Pardashunas
    Çinin Elm və Texnologiyalar nazirliyi rəsmi bəyanat verib.
    Həmin bəyanatda kökümət süni zəka inkişafı qrupuna daxil olacaq şirkətlərin adlarını açıqlayıb. Sözügedən qrupa “Baidu”, “Alibaba Group”, “Tencent Holdings” İT nəhəngləri və səsli texnologiyalar üzrə fəaliyyət göstərən “iFlyTek” şirkəti daxil olub. Hökümətin planına əsasən bu şirkətlər öz güclü tərəflərini istifadə edərək 4 müxtəlif sahələrdə innovasiyalı platformaların yaradılması ilə məşğul olacaqlar. “Baidu” öz diqqətini pilotsuz avtomobillərin yaradılmasına yönəldəcək, “Alibaba Group” ağıllı şəhərlər üçün texnologiyaların yaradılması ilə məşğul olacaq, “Tencent Holdings” tibb sahəsində kompüter yanaşmasını öz üzərinə götürəcək, “iFlyTek” isə səsli texnologiyaları inkişaf etdirməkdə davam edəcək.
    “Baidu” və “iFlyTek” şirkətləri artıq nazirliyin bəyanatını təsdiqləyiblər. “Tencent Holdings” və “Alibaba Group” şirkətləri isə hələki bu barədə heç bir fikir bildirməyiblər. Milli komandanın yaradılması qərarı yeni nəsil süni zəkanın inkişafı planının bir hissəsinə çevrilib. Mütəxəssislər bu cür layihəyə müxtəlif cür reaksiya verdilər. Bir tərəfdən məsələn “Baidu” şirkətinə avtomobil istehsalçıları ilə əməkdaşlıq etmək və ya “Tencent”ə tibbi məlumatlarla işləmək imkanını vermək kimi hökümət dəstəyi şirkətlərə böyük köməklik edə bilər. Lakin bu cür qərar daha kiçik şirkətlərə problemlər yaradaraq bazara mənfi təsir göstərə bilər.
    Müqayisə üçün ABŞ və Avropa ölkələri qanunvericilik sayəsində müəyyən sahələrin yüksəlməsinə təsir göstərə bilərlər. Lakin onlar konkret şirkətləri ayrı-ayrılıqda seçmirlər. Süni zəka texnologiyasını həmçinin inkişaf etdirməyə çalışan Yaponiya startaplara və bu işə başlamış yeni mütəxəssislərə üstünlük verir. Nazirliyin siyahısına daxil olan şirkətlər artıq bu texnologiyalara külli miqdarda investisiyaların yatırıldığını bildiriblər. “Alibaba” qeyd edib ki, növbəti 3 il ərzində bu texnologiyaya 15 milyard dollar investisiya yatıracaq. “Baidu” gələn ilin sonunadək pilotsuz avtomobilləri Çin yollarında istifadəyə vermək üçün aktiv şəkildə çalışır. “Tencent” isə Çində və ABŞ-da süni zəkanın inkişafı üçün tədqiqat mərkəzləri yaradır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər