Çinin Meitu şirkəti dünyanın ilk üçlü ön kamerasına sahib smartfonunu hazırlayır

Çinin Meitu şirkəti dünyanın ilk üçlü ön kamerasına sahib smartfonunu hazırlayır

Texnologiya
21.11.2018 PAYLAŞIM

    Çinin Meitu şirkəti dünyanın ilk üçlü ön kamerasına sahib smartfon modelini hazırlayır. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Xiaomi şirkəti Meitu-nun biznesini almışdı. MP1801 model nömrəsinə sahib sözügedən smartfon Çinin TENAA təşkilatında sertifikatlaşdırmadan keçib. Xarici görünüşcə smartfon Vertu modellərini xatırladır. Beləliklə Meitu MP1801 smartfonu Full HD+ keyfiyyətli 6.21 inç OLED ekran, markası bilinməyən 6 nüvəli prosessor, 8 GB RAM, 128/256 GB daxili yaddaş, 12 MP + 8 MP ikili arxa kamera və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.


Bənzər xəbər


    Sözügedən martfonun əsas özəlliyi isə ondan ibarətdir ki, o ön paneldən 3 kameraya sahib olacaq: 12 MP + 20 MP + 8 MP. Çox güman ki, birinci kamera modulu adi, ikinci kamera modulu geniş bucaqlı, üçüncü kamera modulu isə portret rejimi üçün olacaq. Smartfon Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Ola bilər ki, əməliyyat sistemi MIUI interfeysinə də sahib olsun. Cihazın nə zaman təqdim olunacağı bilinməsə də, bunun yaxın zamanda baş verəcəyi güman edilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×