
Çinin TENAA agentliyinin saytında Nokia X'in göstəriciləri ortaya çıxdı
Elm & Texnologiya
11.05.2018
Emil
Anonsuna bir həftə qalmış
internetdə Nokia X modelinin tizer fotosu yayılıb. Bir neçə müddət bundan öncə
yayılmış xəbərlərdə qeyd olunmuşdu ki, yeni smartfon çox güman ki, Nokia 6X
adlanacaq. Lakin bu gözləntilər özünü doğrultmadı. Smartfon sadəcə olaraq Nokia X
adlanacaq. Lakin ən vacib məsələ isə odur ki, smartfon TENAA telekommunikasiya
agentliyində sertifikatlaşdırmadan keçib.

Beləliklə onun texniki göstəriciləri
məlum olub. Yeni məlumatlara əsasən Nokia X 2280x1080 piksel keyfiyyətli 5.8
inç ekran (yuxarı hissədə çıxıntı ilə), 1.8 GHz tezlikli 8 nüvəli Snapdragon
636 prosessoru, 3/4/6 GB RAM, 64/128 GB daxili yaddaş (microSD dəstəkli), 16
MP-lik arxa kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Nokia X-in rəsmi təqdimatı 16 May tarixində baş tutacaq. Güman olunur ki, onun
qiyməti 300$-a kimi təşkil
edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
