main-post-cover

    Çinli alimlər dünyada ilk dəfə meymunları klonlaşdırdılar

    Elm & Texnologiya
    25.01.2018
    Farid Pardashunas
    Çində dünyada ilk dəfə olaraq meymunlar klonlaşdırılıb və təcrübə nəticəsində Hua Hua və Zhong Zhong adlı makakalar dünyaya gəliblər.
    Tədqiqatçılar bu cür nailiyyəti innovasiyalı hesab etsələr də çətin ki, bu təcrübənin nəticələri insanın klonlaşdırılmasına yol aça bilsin. Klonların yaradılması üçün alimlər somatik nüvə köçürülməsi adlı məşhur üsuldan istifadə ediblər. Mayalanmamış yumurta hüceyrəsindən nüvəni çıxardıb onu digər fərdin nüvəsi ilə əvəz ediblər. Sonra alınmış yumurta hüceyrəsini surroqat ananın bədəninə köçürüblər. Daha əvvəllər bu cür üsuldan Dolly adlı məşhur quzunun klonlaşdırılmasında istifadə ediblər.
    Meymunlar üzərində keçirilən bu üsulun əsas problemi isə ondan ibarətdir ki, çox zaman donor nüvəsi yeni hüceyrə ilə uyğunlaşmır. Bu problem uzun zaman ərzində primatların uğurlu klonlaşdırılması yolunda sərhəd kimi dayanırdı. Bir sıra kimyəvi maddələrdən istifadə edərək çinli alimlər yumurta hüceyrəsinin yeni nüvə ilə uyğunlaşması prosesini yüngülləşdirməyi və uğurlu nəticə əldə etməyi bacarıblar. Yumurta hüceyrəsinin parçalanması əsasında hazırlanmış üsuldan fərqli olaraq somatik köçürülmə üsulu gələcək klonların genomlarını redaktə etməyə və klonları sonsuz sayda yaratmağa imkan verir.

    Təcrübə əsnasında üsulun iki variantından istifadə olunub: Nüvə mənbəsi kimi ya embrion yada böyük fərdin birləşdirici toxuması iştirak edib. İlk variantda 79 embrion 21 surroqat anaya köçürülmüşdür. Nəticədə Hua HuaZhong Zhong adlı iki dişi meymun dünyaya gəlib. Onların dünyaya gəlməsi üçün qeysər kəsiyi üsulundan istifadə olunub. İkinci variant isə o qədər də uğurlu olmayıb. Belə ki, 42 surroqat ananın bədəninə 181 embrion köçürülüb. Nəticədə dünyaya iki meymun gəlib. Lakin onlar tez bir zamanda vəfat ediblər
    Meymunların klonlaşdırılması insanların klonlaşdırılmasına yol açır. Lakin onu yaxın zaman ərzində gözləmək mənasızdır. Meymunlar üzərində keçirilmiş təcrübə nəticəsində çox az sayda sağ qalmış meymunlar dünyaya gəlib. Etik cəhətdən bu cür təcrübənin insanlar üzərində aparılması isə yolverilməzdir. Hua Hua və Zhong Zhong adlı meymunlara gəldikdə isə onlar neyrodegenerativ xəstəliklərin inkişafının öyrənilməsində alimlərə yardımçı olacaqlar. Bundan əlavə olaraq genetik oxşar klonlardan istifadə yeni dərman növlərinin testinə və ətraf mühitin orqanizmə təsirinin müşahidə edilməsinə imkan yaradır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər