Logo
    main-post-cover

    Çinli Elon Musk kimi tanınan Wang Chuanfu-nun uğurlu biznes hekayəsi

    Elm & Texnologiya
    10.11.2017
    Emil
    Bloomberg saytı “BYD” (Build Your Dreams) şirkətinin təsisçisi çinli sahibkar Wang Chuanfu-nun hekayəsi barəsində yazıb. Sözügedən şirkət Elon Musk-ın “Tesla” şirkəti kimi elektromobillərin istehsalı ilə məşğuldur. Lakin çinli sahibkarın əsas fərqi ondan ibarətdir ki, o, gəlirli şirkət yaradaraq onu böyütmək ilə məşğuldur. 10 illiklər ərzində Çinin maliyyə mütəxəssisləri Wang-ı ekoloji texnologiyalar sahəsinin sahibkarı və batareya, elektromobil istehsalı ilə məşğul olan “BYD” şirkətinin baş icraçı direktoru kimi qəbul etmirdilər. Lakin 9 il bundan öncə Warren Buffett şirkətin 10% səhmlərini aldı və hər şey dəyişildi. Buna baxmayaraq benzinlə çalışan avtomobillər nəinki Çində, həmdə bütün dünyada üstünlük təşkil edirdi. Buna görə də Wang digər böyük avtomobil istehsalı ilə məşğul olan şirkətlərin direktorlarının kölgəsində qalmışdı.

    Lakin şirkətin təsis edilməsindən 22 il sonra günümüzdə “BYD” Çinin ən böyük elektromobil satıcısı oldu və onun səhmləri çox yüksək yerlərə qalxdı. Bu ilin Sentyabr ayında Çin höküməti qeyd etdi ki, o, qazıntı yanacaq əsasında çalışan nəqliyyat vasitələrinin satış və istehsalının dayandırılması üzərində çalışır. Hökümət həmçinin xüsusi ticarət proqramını da işə saldı. Həmin proqram vasitəsilə benzin mühərrikli avtomobil istehsalçıları elektromobil istehsalçılarından kredit alaraq özlərinin ekoloji təmiz nəqliyyat vasitələrini yaratmaq üçün bütün səylərini ortaya qoymağa imkan verir. Hər halda “BYD” şirkəti uduşdadır. Honkonq birjasında satılan “BYD” səhmləri Avqust ayında 44% qalxaraq 70 honkonq dolları (8.97$) olmuş və “JPMorgan & Co.” Şirkətinin analitikinin sözlərinə görə bu göstərici hələ 40% də qalxacaq. Wang-ı çox zaman çinli Elon Musk adlandırırlar.

    Lakin demək düzgün olar ki, əslində Elon Musk amerikalı Wang Chuanfu-dur. Bu hər iki şəxs daxili yanma mühərriki sistemini inkar edərək nəqliyyat vasitələri üçün litium-ion baterayalarını üstün tutaraq məşhurlaşıblar. Lakin Wang mobil telefonlar üçün batareya istehsal etməklə və 2003-cü ildə avtomobil istehsalı üçün nəzərdə tutulmuş öz zavodunu tikdirməklə amerikalı rəqibindən əvvəl öz biznesinə start vermişdir. O öz ilk elektrik avtomobil tirajını 2008-ci ildə satmış və daha sonra günəş panellərinin istehsalı üçün öz ilk zavodunu tikdirmişdi. 2009-cu ildə isə o, kommersiyalı elektrik avtobuslarının istehsalına start vermişdi. “Tesla” şirkəti isə ilk elektrik avtomobilini 2008-ci ildə təqdim etmiş, günəş batareyaları ilə isə 2016-cı ildə işlərə start vermişdi. Bundan əlavə olaraq Wang bu rəqabətdə 2 əsas göstəriciyə görə liderdir. Söhbət, avtomobil satışlarının göstəricilərindən və gəlirdən gedir.

    Keçən il “BYD” şirkəti 100.183 elektrik avtomobil satmışdır. Onun elektrik avtobusları isə dünyanın 200-ə yaxın şəhərində fəaliyyət göstərir. “Tesla” isə 76.230 avtomobil satmış və hələ də yük maşını və ya avtobus satışına start verməyib. “BYD” keçən il öz təmiz gəlirini 70% qaldırıb (768 milyon dollar) və hələki ziyana işlədiyini qeyd etməyib. 14 illik “Tesla” isə hələki gəlirə çıxa bilməyib. Belə ki, o, məhsula külli miqdarda investisiyalar yatırır. 2003-cü ildə Wang telefon batareyaları biznesinin avtomobil istehsalçısını alacağını söylədikdə investorlar həmin anda boyun qaçırtmağa başladılar və şirkətin səhmləri 3 gün ərzində 31% aşağı düşdü.

    5 il sonra şirkətin F3 adlı kompakt avtomobil modeli Çində ən çox satılan avtomobil oldu və şirkət öz istehsalı olan hibrid avtomobillərin satışına başladı. 2008-ci ildə Warren Buffett-ə məxsus MidAmerican Energy Holdings Co.” (indiki adı Berkshire Hathaway Energy Co.”) şirkəti “BYD”nın 10%-nin 1.8 milyard honkonq dollarına (232 milyon dollar) alışı ilə bağlı müqavilə imzaladı. 2008-ci ildə Çində yeni avtomobillərin ümumi satışı 24000 ədəd qeydə alındı. Lakin 2015-ci ildə “BYD” şirkəti elektik avtobusları, yol təmizləmə maşınları və yüngül yük maşınlarını istehsal edərək böyüdü. 1 ildən sonra bu məsələyə “Samsung” şirkəti daxil oldu. O, 3 milyard yuan (449 milyon dollar) ödəməklə “BYD” şirkətinin 2%-ni aldı.
    Paylaş
    Bənzər xəbərlər