Çinli istehsalçılar ABŞ şirkətləri üçün olan ana platalara casus çipləri yerləşdiriblər

Çinli istehsalçılar ABŞ şirkətləri üçün olan ana platalara casus çipləri yerləşdiriblər

Texnologiya
05.10.2018 PAYLAŞIM

    ABŞ-ın özəl şirkətləri və hökumət üçün Çində istehsal olunmuş ana platalarda casus çipləri aşkar edilib. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumata əsasən casus çiplərə sahib ana plataları Silikon Vadisində fəaliyyət göstərən Super Micro Computer Inc şirkəti sata bilərmiş. Həmin şirkət Çindən olan təchizatçılarla əməkdaşlıq edir. 2015-ci ildə bu məsələ ilk dəfə ortaya çıxanda şirkətin 100 ölkədə 900 müştərisi var idi. Hələ gizli casus çiplərin aşkar edilməsindən əvvəl ABŞ-ın xüsusi təyinat xidməti bilirdi ki, Çin Xalq Respublikasının xüsusi orqanları casusluq üçün bu cür üsuldan istifadə etmək niyyətindədirlər.

    2015-ci ildə Çində istehal olunmuş cihazları ilk dəfə əldə etmiş təşkilatlar zərərli çipləri məhz həmin vaxtda aşkar etmişdilər. Ana plataya birləşdirilmiş casus çiplər həmçinin Apple Amazon kimi şirkətlər tərəfindən də aşkar edilmişdi. Rəsmi olaraq Super Micro Computer Inc, Amazon və Apple şirkətləri bu xəbəri təkzib ediblər. Lakin Bloomberg-in verdiyi məlumatı bu vəziyyət ilə yaxından xəbəri olan 17 nəfər təsdiqləyib. Məlumata əsasən ana platalara casus çipləri Çin ordusunun xüsusi təyinatı yerləşdirib. Bunun üçün kəşfiyyatçılar ana plataların ilkin konstruksiyalarının dəyişdirilməsi səbəbilə rüşvətdən və hədə-qorxulardan istifadə ediblər.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×