Çinli qadının iPhone-nu 47.5 il müddətinə bloklandı

Çinli qadının iPhone-nu 47.5 il müddətinə bloklandı

Texnologiya
07.03.2018 PAYLAŞIM

Çinin kütləvi informasiya vasitələri çinli bir qadının hekayəsi barəsində danışıblar.

    Belə ki, həmin qadının oğlu iPhone-nu blokdan çıxarmaq üçün şifrəni düzgün daxil etmədiyinə görə qadının smartfonu 47.5 illik bloka düşüb. Məlumata əsasən hadisə bu ilin əvvəlində baş verib. Həmin qadın öz iPhone smartfonunu oğluna verib ki, o, internet vasitəsilə maarifləndirici videolara baxsın. Lakin o öz smartfonunu oğlundan alandan sonra aşkar edib ki, oğlu tərəfindən çoxlu sayda düzgün olmayan şifrənin yığılması hesabına iPhone 25 milyon saat müddətinə (47.5 il) blok olunub.



    Qeyd etmək lazımdır ki, bu cür zaman cərimələri həqiqətən də mövcuddur. Əgər istifadəçi iPhone-da lazımi şifrəni 5 dəfə düzgün yığmasa, onda smartfon ekranında bildiriş əks olunur. Həmin bildirişdə şifrənin təkrarən düzgün daxil edilməsi xahişi əks olunur. Əsas problem şifrəni 6-cı dəfə səhv daxil edəndən sonra başlayır. Belə ki, bu zaman iPhone 1 dəqiqəlik avtomatik blok olunur. Bundan sonra isə daxil edilmiş hər bir səhv şifrə sayəsində smartfon 5, 15, 60 dəqiqə və s. vaxt intervalı üzrə blok müddətini artırır. Lakin vəziyyətdən çox sadə çıxış yolu var. Sadəcə olaraq cihazın ayarlarını onun ilkin vəziyyətinə qaytarmaq lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×