main-post-cover

    Çinlilər yeni termonüvə reaktoru vasitəsilə artıq 10 ildən sonra 'süni Günəş' yaradacaqlarına söz veriblər

    Elm & Texnologiya
    29.09.2021
    Farid Pardashunas
        Çinli alimlər CFETR (China Fusion Engineering Testing Reactor) adlı termonüvə reaktorunun yaradılması üzərindəki işləri yekunlaşdırıblar. Sözügedən layihədə idarə olunan termonüvə sintezi sahəsinin bütün müasir faktorları nəzərə alınıb. Əgər Çin hökuməti layihəni təsdiqləsə, alimlər artıq 10 ildən sonra Yer kürəsində "süni Günəşin" yaradılmasına söz veriblər. Adından da göründüyü kimi CFETR qurğusu hələ test xarakteri daşıyır. Lakin ITER (International Thermonuclear Experimental Reactor) layihəsindən fərqli olaraq CFETR layihəsi elektrik enerjisi istehsalını özündə birləşdirir. Çinlilər artıq termonüvə reaksiyalarının uzun müddət ərzində saxlanılması üzrə nailiyyətlərini sübut ediblər.
        Bu ilin may ayında HL-2M Tokamak adlı termonüvə reaktoru 101 saniyə ərzində plazma temperaturunu 120 milyon dərəcə Selsi-də saxlaya bilmişdi. Lakin bu göstərici yekun deyil. Növbəti test mərhlələrində plazma temperaturunun saxlanma müddəti 400 və 1000 saniyəyə kimi yüksələcək. CFETR qurğusu 200 meqavatt enerji ifraz etmək üçün nəzərdə tutulub. Bu qurğu dünyada ilk dəfə termonüvə reaksiyasından enerji əldə etmək imkanını verə bilər. Belə ki, bu artıq 10 ildən sonra baş verə bilər. Buna bənzər digər layihələr isə bu cür nəticənin 2030-cu illərin ortalarında əldə olunacağını planlaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər