Citroen şirkəti 4 iPhone qiymətinə satılan Ami adlı elektromobili təqdim etdi (VİDEO)

Citroen şirkəti 4 iPhone qiymətinə satılan Ami adlı elektromobili təqdim etdi (VİDEO)

Texnologiya
28.02.2020 PAYLAŞIM

    Avtomobil istehsalçısı olan Citroen orijinal dizayna və ultrakompakt ölçüyə sahib Ami adlı elektromobili təqdim edib. 2 nəfərlik yerə sahib bu nəqliyyat vasitəsi hətta sürücülük vəsiqəsi belə tələb etmir və öz qiyməti ilə diqqəti cəlb edir. Belə ki, şirkət müəyyən alış şərtləri altında ayda 22$ ödəməklə sözügedən elektromobili əldə etməyi təklif edir. Bu barədə Engadget saytı xəbər verib. Ami elektromobili 5.5 kilovatt saat həcmli batareyaya sahibdir. Bir dəfə şarj olunandan sonra bu elektromobil 70 kilometr yol qətt edə bilir.

Bənzər xəbər


    Bununla belə Ami-ni 220 voltluq adi cərəyan girişi vasitəsilə də şarj etmək olar. 1 saatlıq şarj prosesindən sonra elektromobil 45 kilometr yol qətt edə bilər. Onun tam olaraq şarj olunması üçün isə 3 saat vaxt lazımdır. Citroen Ami-nin digər bir əsas özəlliyi də ondan ibarətdir ki, ondan istifadə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac yoxdur. Əsas şərt isə ondan ibarətdir ki, sürücünün yaşı Fransa regionunda 14-dən yuxarı, digər Avropa ölkələrində isə 16-dan yuxarı olsun.

    Bu ultrakompakt elektromobilin alınması üçün xüsusi kampaniya işə salıınıb. Belə ki, alıcı 2900$ ilkin ödəniş etməklə və ayda sadəcə 22$ adi ödəniş etməklə sözügedən elektromobilə sahib ola bilər. Bundan əlavə olaraq Citroen Ami-ni bir dəfəyə də almaq olar. Bu halda onun qiyməti 6600$ təşkil edəcək. Bu isə 512 GB daxili yaddaşa sahib 4 ədəd iPhone 11 Pro Max-ın qiymətinə bərabərdir. Citroen Fransada Ami üçün ön sifarişləri 30 mart tarixində qəbul etməyə başlayacaq. Növbəti aylarda elektromobil İspaniyada, İtaliyada, Belçikada, Portuqaliyada və Almaniyada satışa çıxacaq. Onun ilk partiyasının Fransa bazarında bu ilin iyun ayında satışa çıxması gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×