Çıxıntı hissəsiz: Samsung'un yeni ekran dizaynı fotoları sızdırıldı

Çıxıntı hissəsiz: Samsung'un yeni ekran dizaynı fotoları sızdırıldı

Texnologiya
09.11.2018 PAYLAŞIM

    Igeekphone adlı saytda Samsung şirkətinin yeni ekran dizaynı fotoları yayıldı. Yayılmış yeni dizayn fotoları əvvəlki konseptlər ilə üst-üstə düşür. Fotolardan da görmək olar ki, şirkətin gələcək smartfonlarındakı ekranlarda çıxıntı hissə olmayacaq. Çıxıntı hissə ekranın yuxarısında kiçik nöqtə ilə əvəz ediləcək. Həmin kiçik nöqtənin daxilində isə ön kamera yerləşəcək. Yeni ekran dizaynları 3 müxtəlif ad əldə ediblər: Infinity-U, Infinity-VInfinity-O. Güman olunur ki, onlar gələn ilin əvvəlində təqdim olunacaq 3 müxtəlif Galaxy S10 (Galaxy S10, S10+S10 Lite) modelində tətbiq olunacaqlar. Bəzi məlumatlara əsasən Galaxy S10+ modeli ümumiyyətlə hər hansı bir çıxıntı hissəsiz və nöqtəsiz təqdim oluna bilər. Bu halda ön kamera ekranın alt hissəsində yerləşəcək və istifadəçi gözü ilə adi vaxtda görünməyəcək. Belə olacağı halda ön kamera yalnız işə düşən zaman əks olunacaq. Qeyd etmək lazımdır ki, yeni Galaxy S10 seriyasının təqdimatı gələn ilin Fevral ayında keçiriləcək MWC 2019 sərgisində gözlənilir.

Bənzər xəbər



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×