'ClimateLaunchpad' beynəlxalq müsabiqəsində Azərbaycanı 3 startap təmsil edəcək

'ClimateLaunchpad' beynəlxalq müsabiqəsində Azərbaycanı 3 startap təmsil edəcək

Texnologiya
09.07.2018 PAYLAŞIM

“Social Innovation Lab” (“Sil.”) innovasiya mərkəzinin əsas təşkilatçılığı və “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) proqramı olan “ClimateLaunchpad”-ın final mərhələsi keçirilib. Burada 3 ölkə, 2 akademiya, 9 universitet, 3 məktəb və 4 şəhəri təmsil edən 15 startap komandası mübarizə aparıb.


Bənzər xəbər


Qalib olan 3 komanda 1-2 Noyabr 2018-ci ildə Şotlandiyanın paytaxtı Edinburq şəhərində keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək. Eyni zamanda bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startap İsveçrədə 18 aylıq akselerator (95,000 avro investisiya ilə) proqramı və pul mükafatları uğrunda yarışacaqlar. Dünya Finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olunacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95,000 avro maliyyə dəstəyi verilir.


Bundan əlavə isə, “Grand Finale”-da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:

– Birinci yer: 10,000 avro,

– İkinci yer: 5,000 avro,

– Üçüncü yer: 2,500 avro.

– Hər biri 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: 25,000 avro)

– Dünya Finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır.

Qeyd edək ki, 2014-cü ildən başlayaraq hər il keçirilən proqram Azərbaycanda artıq ikinci dəfə baş tutur. İştirak edən 46 ölkə arasında “ClimateLaunchpad” tarixində ən çox müraciət alan ölkə bu il 83 layihə ilə Azərbaycandır. Xatırladaq ki, ötən il 35 ölkənin iştirak etdiyi “ClimateLaunchpad” proqramında Azərbaycandan 13 startap qəbul olaraq 10 həftəlik akselerator proqramdan keçib. Ölkə finalında “ən yaxşı 3 startap” dünya finalında Azərbaycanı təmsil edərək 105 startap içərisində ən yaxşı 15 startapdan biri olmağa nail olub və hazırda Edinburq şəhərində “Greenhouse” inkubasiya proqramında layihələrini inkişaf etdirirlər. Ölkəmizdə hərkəs tərəfindən adı fəxrlə çəkilən “Rainergy” layihəsinin təsisçisi Reyhan Camalova öz layihəsi üzərində məhz “ClimateLaunchpad” proqramında iştirak etmək üçün düşünməyə başladı, proqrama seçilən uğurlu layihələrdən biri oldu və məhz “ClimateLaunchpad” proqramı çərçivəsində öz layihəsini inkişaf etdirərək ölkə finalında tamaşaçıların ən bəyənilən layihəsi mükafatını qazandı. Proqramdan sonra “ClimateLaunchpad”–ın davam edən mentor dəstəyi vasitəsilə proqramının mentorlarından biri “Sil.” həm-təsisçisi Leyla Tağızadə ilə birlikdə Qlobal Sahibkarlıq Sammitində iştirak etdi və təşəbbüsünə görə İvanka Tramp tərəfindən tərif aldı. Ən son isə Reyhan Camalova öz layihəsi ilə Forbes jurnalın 2018-ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri oldu.


Məlumat üçün bildirək ki, “ClimateLaunchpad” proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab” (Sil.) innovasiya mərkəzidir, əsas tərəfdaşları “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti və EY Azerbaijan (Qızıl Sponsor) qurumlarıdır. Barama İnnovasiyavə Sahibkarlıq Mərkəzi proqramın bürünc sponsorudur.

Layihə çərçivəsində komandaları qida ilə “Özsut” restoranlar şəbəkəsi təmin edib. Tədbirin Media dəstəyi isə Technote Media, Edumap və Real TV-yə məxsusdur, məkan tərəfdaşları isə Fransız-Azərbaycan Universiteti və SUP akseleratordur.

Layihə barədə əlavə məlumatla https://climatelaunchpad.org/countries/azerbaijan/ tanış ola bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×