Computer Graphics Generalist Tural Məmmədazdə ilə müsahibə [Video]

Computer Graphics Generalist Tural Məmmədazdə ilə müsahibə [Video]

30.10.2018 PAYLAŞIM

    Computer Graphics Generalist - Qeyri adi səslənir hə? Bəlkə də birinci dəfədir eşidirsiniz. Bu məqaləmizdə rəqəmsal dünyanın yeni peşələrindən biri olan Computer Graphics Generalist işindən Tural Məmmədzadə ilə birgə danışacağıq.

Bənzər xəbər


Müsahibimiz bu sahədə 8 illik bir təcrübəyə sahibdir və ölkədə görülən bir çox işlərin arxasında onun imzası var.

Fəaliyyət sahəni necə təsvir edə bilərsən?

    - İşimin adı Computer Graphics Generalist - dir, Buna qısaca CG Generalist və ya 3D Generalist deyirlər. 3D Generalist işi - loru dildə desək bütün 3D animasiyanın hamısını, özü , tək başına yığan şəxsə deyilir. Bir standart animasiya "pipeline"nında (animasiyada ediləcək işlər ardıcıllığında) 14-dən çox iş sahəsi bilmək lazımdır. Bunların hamısını bilib, öz işində tətbiq edən şəxsi də 3D Generalist adlandırırlar.

Bu sahədə nə qədər təcrübən var?

    - 2018ci ilin avqustun 3-ü artıq səkkiz il tamam oldu. Təcrübə qazanmaq çox çətin oldu, ən əsası da başlarda. Dəfələrlə test videoları, animasiyalar hazırlayırdım, vaxt keçdikcə isə işimi təkmilləşdirib müəyyən nöqtəyə gələ bildim.

Səncə Azərbaycanda bu sahə nə qədər inkişaf edib?

    - Azərbaycanda bu sahə üzrə işləyən barmaqla sayıla biləcək qədər insan qalıb. Hər biri də öz işlərinin professionalıdır və yeni texnoloji trendləri izləyirlər (ümüd edirəm ki). Yəni xarici studiyalardan cəmi bir neçə addım geri qalırıq. Xarici dostlarım burada bütün aniamsiya işlərinin cəmi bir insan tərəfindən görüldüyünü görəndə bir növ şoka düşürlər və fikrimcə bu gözəl əlamətdir.

İndiyə qədər gördüyün böyük işlər haqqında danışa bilərsənmi?

    - İndiyə qədər hansısa böyük işi gördüyümü hesab etmirəm. Ümumiyyətlə öz portfoliomu qətiyyən bəyənmirəm, hər dəfə nümayiş etdirəndə biraz utanıram. Səbəb isə əksər vaxtlar müştərinin büdcəsinə uyğun animasiya hazırlamaq məcburiyyətimdir. Amma yenə də onları maksimum yaxşı hazırlamağa çalışıram. Aralarında ən çox sevdiklərim bunlardır.

Ölkəmizin film sektorunda ən çox gözdən yayınan nədir səncə?

    - "VFX Supervising" ölkəmizdə film sektorunda ən çox gözdən yayınan şeydir. Bir filmə başlayırlar, pis-yaxşı, çəkən insandan asılı olaraq nəsə əmək ortaya qoyurlar və nəticədə vaxt "post - production" mərhələsinə gələndə aləm dəyir birbirinə. Vizual effektlər tələb edən çəkilişlərdə, hökmən bu işin vizual effektlərini görəcək insan çəkilişdə iştiralk dib, aktyorların harada dayanmalı olduqlarını, hansı işıq və kamera rakursu lazım olduğunu deməlidir, qeydlər aparmalıdır. Baxın buna "VFX Supervising" deyilir. Heç biri edilmir deyə filmlərimizin əksəriyyətinin vizual effektləri göz oxşayan alınmır, və bu rejissorlarımızın buraxdığı ən böyük səhvlərdən biridir.

Bazarda qlobal rəqabətə tab gətirəcək qrafik işlərimiz varmı?

    - Qlobal rəqabəti aparmaq üçün gözəl portfolio lazımdır. Gözəl portfolio üçün də gözəl layihələr lazımdır (gülmür) ki, qlobal müştəri sizi onlarla vizual effektlər studiyalarından fərqləndirib, sizinlə işləməyi işlərinizə baxaraq seçə bilsin. Hal hazırda bir neçə yeni bu işlə məşğul olan və ya bir zamanlar 3D animasiya ilə məşğul olub sonralar bu işi buraxmış şəxslərin yaradıb getdiyi imicə görə, potensial müştərilər qrafikalı reklam çarxları, filmlər, kliplərdən uzaq durur. Bu səbəblə lokal sifarişlərdən qlobal bazar üçün gözəl portfolio yaratmaq çətinləşir. Amma ümumilikdə qlobal olaraq rəğbət qazanmış bir neçə işim var, hansı ki yuxarıda o işləri qeyd etmişdim. 

Bilik və bacarıqlarını haradan və necə əldə etmisən?

    - GOOGLE, redaktordan xahiş edirəm yazdığım Google sözü elə böyük hərflərlə də qalsın. Bütün məlumat dəryası, bilmək istədiyimiz hər şey əlimizin altındadır. Mən də ilk başda çətinlik çəksəm də bu alışqanlığı özümə öyrədə bildim. Və hal hazırda öz özümə öyrəndiyim ixtisas ilə portfoliomda yüzə yaxın iş var.

Miri Yusfi - Yuxu klipi 

VFX Breakdowns
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×