Logo
    main-post-cover

    Cooler Master yeni gaming monitorunu təqdim edib

    Elm & Texnologiya
    10.10.2023
    Emil
         Cooler Master şirkəti yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor GM34-CWQ2 adını əldə edib. Bu monitor 3 il bundan öncə təqdim edilmiş GM34-CW monitorunun yenilənmiş versiyasıdır. Beləliklə Cooler Master GM34-CWQ2 monitoru 180 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym VA ekranla təchiz olunub. Ekranın özü bir qədər əyilmiş dizaynda reallaşdırılıb.
         Onun maksimal parlaqlıq səviyyəsi 320 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Ekran üstəlik AMD FreeSync Premium texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.0, USB Type-C USB-A girişlərini birləşdirir. Üstəlik monitora hər biri 5 vatt gücündə olan iki ədəd stereo səsgücləndirici quraşdırılıb. Cooler Master GM34-CWQ2 gələn ilin birinci rübündə satışa çıxacaq və onun qiyməti 419$ təşkil edəcək.
    Paylaş