
Çoxdan gözlənilən Nokia 8 sonunda təqdim edildi
Elm & Texnologiya
16.08.2017
Emil
Nokia brendinin sahibi “HMD Global” şirkəti sonunda öz yeni flaqman modeli olan Nokia 8-i təqdim etdi.

Təqdim olunmuş yeni Nokia 8, metal korpusa və dairəvi kənar
hissələrə sahibdir. Smartfonun ənənəvi ön paneli, barmaq izi skanı və
sensorlu düymələr ilə təchiz olunub. Görünür ki, şirkət, digərləri kimi çərçivəsiz
ekran trendinin arxasınca qaçmayıb. Bundan əlavə olaraq Nokia 8, qulaqlıqlar
üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş hissəsini özündə qoruyub saxlayıb.
Cihazın şarjı və kompüterə qoşulması prosesi isə USB Type-C girişi vasitəsilə
reallaşdırılır. Nokia 8 üçün kameranın hazırlanmasında “Carl Zeiss” şirkəti
yardımçı olub. Qeyd etmək lazımdır ki, bu şirkət, Nokia brendi ilə 15 ilə yaxın
idi ki, əməkdaşlıq edirdi. Lakin brendin, “HMD Global”a satılmasından sonra bu əməkdaşlıq bir neçə il fasilə
etdi.

Buna baxmayaraq hər iki şirkət arasındakı əməkdaşlıq qaldığı yerdən davam
edir. Nokia 8, 13 MP-lik ikili arxa kamera ilə təchiz olunub. Onlardan biri rəngli,
digəri isə monoxromdur. Monoxrom kameranın hesabına Nokia 8, portret fotoların
arxa fonlarını qarışıq şəkildə reallaşdıra və ağ-qara fotoları çəkə bilər.
Bundan əlavə olaraq smartfon, 3 mikrofonun hesabına 360 dərəcəlik OZO Audio səsyazma
texnologiyasını da dəstəkləyir. Smartfonun digər texniki göstəricilərinə gəldikdə
isə o, 5.25 inç Quad HD ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM,
64/128 GB daxili yaddaş, 13 MP-lik ikili arxa və 13 MP-lik ön kamera ilə təchiz
olunub. Nokia 8, Android 7.1.1 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon,
gələn aydan 670$ qiymətində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
