main-post-cover

    Curiosity aparatı Marsda potensial həyat izini aşkar edib

    Elm & Texnologiya
    24.06.2019
    Emil Nəcəfov
        Mars planetinin səthində fəliyyət göstərən Curiosity aparatı planetin atmosferində yüksək dərəcədə metan aşkar edib. Bu isə öz növbəsində planetdə potensial canlı mikroorqanizmlərin olduğuna işarə edir. Bu barədə The New York Times saytına istinadən Rusbase saytı xəbər verib. Yer kürəsində metanogen kimi tanınan mikroblar oksigenin çatışmadığı yerlərdə yaşayırlar. Məsələn yerin dərin qatlarında və ya heyvanların həzm yollarında. Həmin yerlər isə metan ifraz edirlər.
        Metan gün işığı və kimyəvi reaksiyalar sayəsində bir neçə yüzilliklər ərzində parçalanır. Buna görə də Marsda metan bir neçə müddət bundan öncə yaranmış ola bilər. Lakin heç istisna deyil ki, Mars atmosferində metan milyonlarla il bundan öncə yaranıb və indiyənə kimi o, planetin səthinin dərinliklərində olub. Nəticədə isə metan Mars planetinin qabığında olan çatlar vasitəsilə çıxıb.
        NASA Curiosity aparatının bu kəşfini “ilkin elmi nəticə” adlandırıb və aparata əlavə məlumatların əldə edilməsi əmri verilib. Qeyd etmək lazımdır ki, Curiosity aparatı Mars planetinə 2012-ci ildə çatdırılıb. Aparat planetin səthində fəaliyyətə başlayan zaman atmosferdə metan aşkar etməmişdi. Lakin 2013-cü ildə aparat birdən-birə metan səviyyəsinin artdığını müşahidə etmişdi. Bu il isə aşkar edilmiş metan səviyyəsi 2013-cü ildə aşkar edilmiş metan səviyyəsindən 3 dəfə çoxdur.
    Linki kopyala