
Daha bir BlackBerry smartfonu Geekbench testi vasitəsilə ortaya çıxdı
Elm & Texnologiya
14.05.2018
Emil
BlackBerry şirkəti KEYOne 2 smartfonunu 7 İyun tarixində təqdim edəcəyini elan etdi. Lakin görünür, KEYOne 2-dən əlavə
şirkət daha bir smartfon üzərində çalışır. Belə ki, Geekbench bençmark saytının
məlumatlar bazasında BBG100-1 nömrəli BlackBerry modeli haqqında məlumatlar
aşkar edilib. Geekbench testlərinə əsasən bilinməyən BlackBerry modeli məşhur
1.8 GHz tezlikli msm8953 (Snapdragon 625) prosessoru vasitəsilə çalışır və 4 GB
RAM, Android 8.1 Oreo əməliyyat sistemi ilə təchiz olunub. Bir nüvəli testdə
smartfon 698 xal, çoxnüvəli testdə isə 3656 xal toplayıb. Smartfonun KEYOne 2
ilə birlikdə anons olunacağı barəsində danışmaq hələki tezdir. Belə ki, onun
Geekbench məlumatları hələ yenicə ortaya çıxıb.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
