
Daha effektiv və ucuz uçuşlar: PowerGel adlı yeni növ raket yanacağı yaradılıb
Elm & Texnologiya
07.12.2020
Emil
NewRocket adl startap yeni növ raket yanacağını yaratdığını elan edib. Startapın yaratdığı PowerGel adlı yeni gel tərz yanacaq növü effektiv olmaqla yanaşı həmçinin digər analoqlardan daha ekolojidir. Bu barədə 4pda saytı xəbər verib. Günümüzdə bir neçə növ raket yanacağı mövcuddur. Hal hazırda raketlər elə inşa edilirlər ki, onlar yalnız tərkiblərində olan yanacaq bitənə kimi çalışırlar. Məsələnin əsl problemi də məhz burdadır. Bəle ki, raketlərin mühərrikləri üçün əsasən yüksək zəhərli yanacaq növlərindən istifadə olunur. Çünki onları uzun müddət ərzində saxlamaq mümkündür.

Buna alternativ olaraq kriogen yanacaq növü çıxış edir. O, zəhərli olmasa da onu uzun müddət saxlamaq mümkün deyil. Lakin NewRocket adlı startap PowerGel adlı yeni yanacaq növünü yaradaraq bu problemi aradan qaldırmağı düşünür. Məlumatda qeyd edilib ki, gel tərzində olan yeni yanacaq növü kosmik sahədə olan bütün analoqlardan daha təmizdir və onu idarə etmək daha asandır. PowerGel adlı yeni yanacaq növü öz növbəsində lazım olduğu halda raketin mühərrikinə gedən yanacaq ehtiyatını söndürüb/yandırmaq özəlliyinə sahibdir.
Digər şirkətlər isə bu cür özəlliyə hələ çatmayıblar. Sözügedən yanacaq növü çox aşağı zəhər göstəricilərinə sahib olmaqla yanaşı uçuşlara sərf olunan vəsaitləri daha aşağı sala bilər. Məsələ burasındadır ki, bu yanacaq növünə sahib olacaq raket uçuş üçün heç də bütün yanacağı istifadə etməli olmayacaq. Bunun üçün yanacağın lazımi miqdarı istifadə ediləcək. NewRocket təmsilçiləri yaratdıqları yeni növ yanacaqdan tam əmindirlər və hətta özlərinin raket mühərrikini yaratmalarını planlaşdırırlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
