Daha geniş funksionallıq: Xiaomi Mi Band 5 fitnes qolbağı hansı özəlliklərə sahib olacaq?

Daha geniş funksionallıq: Xiaomi Mi Band 5 fitnes qolbağı hansı özəlliklərə sahib olacaq?

Texnologiya
27.05.2020 PAYLAŞIM

    Xiaomi-nin Mi Band 5 fitnes qolbağı barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu isə o deməkdir ki, onun təqdimatı yaxın müddətdə baş tutmalıdır. Bu barədə XDA-Developers saytı xəbər verib. Belə ki, Mi Wear tətbiqində istifadəçilər Mi Band 5 fitnes qolbağının render fotolarını aşkar edibl'r. Aşkar edilmiş render fotolardan da görmək olar ki, Mi Band 5 xarici görünüşcə əvvəlki modelə bənzəyəcək.

    Bircə ekranın mərkəzində olan göy rəngli dairə sual yaradır. Çox güman ki, o, Amazon Alexa səsli köməkçisinin inteqrasiyası üçün nəzərdə tutulur. Bundan əlavə olaraq Mi Band 5-in sahib olacağı bəzi yeni funksiyaları barəsində məlumat ortaya çıxıb. Belə ki, Mi Band 5 vasitəsilə smartfon kameralarını idarə etmək mümkün olacaq. Bu cür funksiya Mi Band 4-də reallaşdırılmamışdı.


    Mi Band 5 istifadəçiləri fitnes qolbaq vasitəsilə idrəetməni reallaşdıraraq smartfon kameraları ilə qrup və selfie fotolar çəkə biləcəklər. Bununla yanaşı fitnes qolbaq vasitəsilə smartfonun ön və arxa kameraları arasındakı keçidi də reallaşdırmaq mümkün olacaq. Mi Band 5 qolbağı 11 növ idman rejimini dəstəkləyəcək. Keçən ilki Mi Band 4-də 6 növ idman rejimi dəstəklənir. Həmçinin Mi Band 5 qolbağı zamanın analoq rejimində əks olunmasını və səyahətçilər üçün digər ölkələrin saatlarını görtərmək özəlliyini dəstəkləyəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×