Logo
    main-post-cover

    Daha ucuz MacBook modelinin hazırlandığı məşhur analitik tərəfindən təsdiqlənib

         Hələ keçən ay məlumat verilmişdi ki, Apple şirkəti daha ucuz qiymətə satılacaq MacBook modelini satışa çıxartmağı planlaşdırır. İndi isə məşhur analitik Ming-Chi Kuo bu məlumatı təsdiqləyib. Onun sözlərinə əsasən daha ucuz qiymətə satılacaq yeni MacBook modeli 2024-cü ilin sonunda satışa çıxacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, o, hal hazırda aktual olan MacBook Air-dən belə daha aşağı satış qiymətinə sahib olacaq. Analitikin fikrincə bunun sayəsində Apple illik MacBook təchizatını 10 milyona çatdıra bilər.
         Apple M prosessorlarının olduqca məşhur olduqlarını nəzərə alaraq Apple 12 düym ekranlı MacBook modelini yenidən istehsal etməyə başlaya bilər. Qeyd etmək lazımdır ki, şirkət 12 düym ekranlı MacBook-un istehsalını 2019-cu ildə dayandırmışdı. Həmin MacBook-un əsas problemi Intel prosessorlarında idi. Nəticədə 12 düym ekranlı MacBook-larda ciddi qızma problemləri yaşanırdı. Lakin indi şirkət sözügedən MacBook-un istehsalını bərpa edərək onu özünün M prosessorlarından biri ilə təmin edə bilər.
    Paylaş