Damda quraşdırılmış ənənəvi günəş panellərindən daha çox enerji istehsal edə bilən pəncərələr hazırlanıb!
Elm & Texnologiya
21.06.2024
Farid Pardashunas
Binaya inteqrasiya olunmuş fotovoltaiklər və ya BIPV kimi təyin olunan günəş panelləri sürətlə inkişaf etməyə davam edir. Yeni pəncərəyə inteqrasiya olunmuş günəş panelləri damda quraşdırılmış günəş panellərilə müqayisədə daha çox elektrik enerjisi istehsal edə bilir.
Son zamanlar binaya inteqrasiya olunmuş fotovoltaiklər və ya BIPV adlandırılan günəş panellərində artım müşahidə olunur. Bu sahədə ən son inkişaf İspaniyanın BIPV istehsalçısı SolReina-dan gəlir. Şirkət tərəfindən istehsal edilən istilik və akustik izolyasiyalı şüşəyə inteqrasiya olunmuş BIPV panelləri, ənənəvi dam tipli qurğulardan daha çox elektrik enerjisi istehsal edə bilir.
SolReina-nın yeni həlli "günəş pəncərəsi" olaraq qarşımıza çıxır və şirkət bunun pəncərənin ənənəvi tərifindən kənara çıxan bir məhsul olduğunu bildirir. Pəncərələr istilik və akustik izolyasiya edilmiş panellərdən ibarətdir və xarici səthlərdə də istifadə edilə bilər. Pəncərələrdə mexaniki gərginliyə və temperatur dəyişikliyinə davamlı olan yüksək dözümlülüyə sahib temperli şüşələrdən istifadə edildiyi bildirilir. Dizaynın ön hissəsində yüksək keçiricilik, aşağı əks etdirmə və aşağı dəmir tərkibli temperli günəş şüşəsi var. Kristal silisium hüceyrələrindən istifadə edən panellər, nəmdən qorunma kimi yaşlanma əleyhinə xüsusiyyətlərə də malikdir. Arxa tərəfində aşağı dəmir tərkibli temperli şüşə də var. SolReina-nın sözlərinə görə, pəncərələrin istiqaməti tənzimlənəbiləndir. Bu da, işıqdan asılı olaraq pəncərənin bucağını tənzimləməyə imkan verir. Şirkət, həmçinin arxitektura və ya tələbata uyğun olaraq pəncərə ölçülərini miqyaslandıra da bilər.
Performans baxımından SolReina, özündən olduqca əmindir. Şirkətin sözlərinə görə, standart günəş pəncərəsi 150-225 Vt/m2 güc istehsal edə və isti günlərdə elektrikli kondisioner ehtiyacını 80%-ə qədər azalda bilər. Əsas diqqəti çəkən məqam isə odur ki, bu sistemlər tipik dam örtüyü qurğusundan 15% daha çox fotovoltaik enerji istehsal edə bilir. Ehtimal olunur ki, bu fərq dam qurğularının həddindən artıq istiləşməsi ilə bağlıdır. Pəncərələr hazırda İspaniyada istehsal olunur və bazara çıxarılır, lakin SolReina, tərəfdaşlıqlar vasitəsilə məhsulu Avropada satışa çıxarmağı hədəfləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İspan qəbiristanlıqları artıq Günəş elektrik stansiyalarına çevrilir!
İspan qəbiristanlıqları artıq Günəş elektrik stansiyalarına çevrilir!
İspaniyada qəbiristanlıqlar Günəş panelləri ilə elektrik enerjisi istehsal etməyə başlayacaq. Valensiyada şəhərə məxsus 3 qəbiristanlıq 7000 Günəş paneli ilə doldurulmağa başlanıb.
Çin, yaşıl hidrogen istehsalında dünyanın bütün ölkələrini geridə qoyur!
Çin, yaşıl hidrogen istehsalında dünyanın bütün ölkələrini geridə qoyur!
Çin, milli hidrogen istehsalı hədəflərini vaxtından əvvəl aşmağa hazırlaşır. Belə ki, Çin, ildə 220.000 ton yaşıl hidrogen istehsal etməyə hazırlaşarkən, eyni zamanda dünyanın bütün ölkələrini də geridə qoyur.
Çin, dünyanın ən böyük Günəş elektrik stansiyasını istifadəyə verib!
Çin, dünyanın ən böyük Günəş elektrik stansiyasını istifadəyə verib!
Çin, dünyanın ən böyük günəş elektrik stansiyasını işə saldığını açıqlayıb. 200 min hektar sahədə tikilən obyekt, ildə 5 GVt (giqavat) gücündə 6.09 milyard kilovat saat elektrik enerjisi istehsal edəcək.
Təqdim edilən yeni termonüvə cihazı ilə Günəşin temperaturundan daha yüksək temperatur əldə oluna bilib!
Təqdim edilən yeni termonüvə cihazı ilə Günəşin temperaturundan daha yüksək temperatur əldə oluna bilib!
ABŞ-da yerləşən Zap Energy, Z pinch termonüvə cihazı ilə Günəşin temperaturunu keçdiyini və ənənəvi termonüvə cihazlarından çox daha ucuz və sadə bir şəkildə 37 milyon dərəcəyə çatdığını bildirib.
Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
Space Solar şirkəti kosmosda yerləşdirilməsi planlaşdırılan CASSIOPeiA adlı Günəş elektrostansiyası vasitəsilə 2030-cu ilə qədər milyonlarla evi elektrik enerjisi ilə təmin etməyi hədəfləyib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!