main-post-cover

    Daxilində naqilsiz qulaqlıqları birləşdirən Huawei Watch Buds smart saatı təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    09.12.2022
    Farid Pardashunas
        Huawei şirkəti yeni qeyri adi məhsulunu təqdim edib. Söhbət, daxilində kiçik ölçülü naqilsiz qulaqlıqları birləşdirən smart saatdan gedir. Huawei Watch Buds adını əldə etmiş bu cihazın belə qeyri-adi kombinasiyada reallaşdırılması öz növbəsində nə smart saatın nə də ki, naqilsiz qulaqlıqların funksionallıqlarına heç bir zərər yetirməyib. Beləliklə Huawei Watch Buds smart saatı 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekranla təchiz olunub. Saatın gövdəsi paslanmaz poladdan hazırlanıb və onun daxilində naqilsiz qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj keysi mövcuddur.
        Qulaqlıqları gövdədən çıxardıb istifadə etmək üçün smart saatın ekran hissəsini sadəcə olaraq arxa istiqamətə qatlamaq lazım gələcək. Hər bir qulaqlığın çəkisi 4 qramm təşkil edir. Qulaqlıqlar silindrik formaya sahibdirlər. Məlumata əsasən böyük olmayan ölçüyə və çəkiyə baxmayaraq qulaqlıqlar geniş tezlik diapazonuna (20 Hz-20 kHz (kiloherz)) və telefon danışıqları zamanı ətraf səs-küyün aktiv boğulması funksiyasına sahibdirlər. Smart saatın özü digər smart saatlar kimi insan səhhətinin müxtəlif özəlliklərinin monitorinqini və 80-ə yaxın idman rejimini dəstəkləyir.
        Smart saatın 410 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 3 gün ərzində çalışa bilir. Naqilsiz qulaqlıqların hər biri isə 30 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Musiqi dinləmə rejimində qulaqlıqlar 4 saat, ətraf səs-küyün aktiv boğulması funksiyasının aktiv olduğu halda telefon danışığı rejimində isə 2.5 saat ərzində çalışa bilirlər. Smart saat HarmonyOS 3.0 əməliyyat sistemi vasitəsilə çalışır. Huawei Watch Buds-ı artıq Çində 429$-a sifariş etmək olar. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər