
Deepfake-lər insanlarda saxta xatirələr yarada bilərlər
Elm & Texnologiya
31.07.2023
Emil
Alimlər deepfake-lərin insanlarda saxta xatirələrin yaradılması potensiallarını sərgiləyiblər. Alimlər tərəfindən aparlımış təcrübədə iştirak etmiş könüllülərə reallıqda mövcud olmayan filmləri əks etdirmiş saxta videolar sərgilənib. Bu üsul ilə alimlər könüllüləri həmin filmlərin əslində mövcud olduqlarına inandırmağa çalışıblar. Maraqlısı ondadır ki, bunu etmək həqiqətən də mümkün olub. Təcrübə zamanı 436 nəfər könüllüyə saxta film səhnələri sərgilənib.
Məsələn film səhnələrindən birində “The Shining” filmindəki baş rolu Jack Nicholson deyil, Brad Pitt canlandırıb. Digər bir film səhnəsində isə “Captain Marvel” obrazını Brie Larson əvəzinə Charlize Theron canlandırıb. Təcrübədə iştirak etmiş könüllülərin ortalama 49%-i bu cür saxta film səhnələri vasitəsilə nəticədə aldadıla bilib. Könüllülərin 41%-i isə qeyd edib ki, Charlize Theron-un iştirakında sərgilənmiş “Captain Marvel” filmi Brie Larson-un iştirakında olan orijinal filmdən daha yaxşı alınıb. “Lakin deepfake-lər xatirələrin təhrif olunması məsələsində adi mətnlər kimi o qədər də effektiv olmayıblar” - deyə mütəxəssislər qeyd ediblər.
Paylaş
Bənzər xəbərlər