'DeepMind' şirkəti, gələcəyi görə bilən süni zəka yaratdı (VİDEO)

'DeepMind' şirkəti, gələcəyi görə bilən süni zəka yaratdı (VİDEO)

Texnologiya
26.07.2017 PAYLAŞIM

“DeepMind” şirkəti, yaxın gələcəyi öncədən görə və bunun əsasında öz qərarlarını qəbul edən süni zəka yaradıb.

Şirkət tərəfindən yaradılmış süni zəka, öz xəyal gücündən istifadə edərək yaxın gələcəyi müəyyən edə bilir. Beləliklə yaradılmış yeni süni zəka növü, adi süni zəkadan qat-qat effektiv olub. Şirkətin saytında “DeepMind” mütəxəssisləri, xəyal gücü əsasında planlaşdırmanın qurulmasının yeni üsulunun qısa təsəvvürünü qeyd ediblər. Xəyal gücü ilə tamamlanmış agentlər və ya I2As (Imagination-Augmented-Agents), sistemdə olan xəyal gücü proqram kodundan istifadə edir. Bu isə öz növbəsində süni zəkaya, hadisələrin gələcəkdəki inkişafının hansının düz, hansının səhv olduğunu müəyyən etməyə yardımçı olur. Bir neçə müddət bundan öncə “DeepMind” şirkətinin təsisçisi Demis Hassabis çox maraqlı bir məqalə yazmışdı. Həmin məqalədə süni zəka inkişafının, xəyal gücü, maraq və yaddaş kimi insan imkanlarının kodlaşdırılmasından necə asılı olduğu barədə danışılırdı.

I2A da insan beyninin bu imkanlarının kopyalaşdırılmasına nail olmağa çalışan sistemdir. Yeni alqoritm, Sokoban adlı qəliz oyun vasitəsilə test edilib. Bu oyunda balaca yadplanetli, maneələri lazımi yerlərə daşımalıdır. Onları yerlərindən çıxartmaq mümkün deyil. Məhz buna görə kiçik bir səhv, oyunda uduzmağa gətirib çıxardır. Mütəxəssislər bu oyunda süni zəkaya yalnız 1 şans veriblər. Buna görə də süni zəka öz beynində müxtəlif variantları və hər bir qərarın mümkün aqibəti haqqında hesablamalar aparıb. Bu cür hesablamalardan sonra süni zəka oyuna başlayıb. Nəticədə məlum olub ki, I2A, xəyal gücünə sahib olmayan adi süni zəkadan daha effektivdir. O, oyun hadisələrinin simulyasiyasından daha çox məlumat əldə edərək oyunda daha sürətli qərarlar qəbul etməyə nail olub. Mütəxəssislər, süni zəkaya, gələcək qərarların yoxlanılması planını tərtib edən menecer özəlliyini əlavə edəndən sonra o, tapşırıqları daha sürətli və effektiv şəkildə yerinə yetirməyə başlayıb.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×