
Dell ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib
Elm & Texnologiya
24.10.2023
Emil
Dell şirkəti özünün UltraSharp adlı monitor seriyasının yeni modelini təqdim edib. Təqdim edilmiş yeni monitor UltraSharp U2424H adını əldə edib. Sözügedən monitor daha çox ofis işləri üçün nəzərdə tutulub. Beləliklə UltraSharp U2424H monitoru 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 23.8 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 85%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4, HDMI 1.4 girişlərini və 15 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib USB-C girişini birləşdirir. UltraSharp U2424H artıq Çin bazarında 340$ qiymətində satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
