
Dəniz suyunun ekoloji vasitə ilə içməli suya çevrilməsi texnologiyası hazırlanıb
Elm & Texnologiya
27.01.2025
Emil
Miçiqan Universiteti və Rays Universitetinin mühəndisləri böyük miqdarda kimyəvi maddələrdən istifadə etməyərək dəniz suyunu içməli suya çevirməyə imkan verən texnologiyanı hazırlayıblar. Bu texnologiya içməli suyun istehsalı sahəsindəki xərcləri azalda və onu daha əlçatan edə bilər. Dəniz suyunun tərkibində bor elementi mövcuddur. Bu element isə böyük miqdarda olduğu halda insan və bitkilər üçün çox zərərlidir. Suyun təmizlənməsi ilə məşğul olan qurğular adətən suya qələvilər əlavə edirlər. Bu, bor turşusunun ionlaşdırılması üçün edilir.
Daha sonra ionlaşdırılmış bor əks osmos (əks osmos istənilməyən maddələri, su molekullarından daha böyük olan molekulları sudan ayıran yarımkeçirici membran təbəqəsi ilə suyun təmizlənməsi prosesidir) prosesi sayəsində suyun tərkibindən çıxarılır və daha sonra suyun özü turşu vasitəsilə neytrallaşdırılır. Mütəxəssislər tərəfindən hazırlanmış yeni texnologiya isə boru sudan karbon parçasının elektrodları vasitəsilə çıxarır. Bu halda prosesə kimyəvi maddələrin əlavə edilməsinə ehtiyac qalmır.

Bu öz növbəsində suyun təmizlənməsi prosesini sadələşdirir və ona sərf olunan xərcləri aşağı salır. Sözügedən texnologiyanın tətbiqi suyun təmizlənməsi prosesinə sərf edilən xərcləri 15% aşağı sala bilər. Bu isə emal edilmiş hər kub metr su üçün 20 sent vəsaitin qənaət edilməsi deməkdir. 2019-cu ildə dünyanın su təmizləyici qurğularının ümumi performansı gün ərzində 95 milyon kub metr təşkil etmişdi. Bunu nəzərə alaraq yeni texnologiyanın tətbiqi halında il ərzində potensial olaraq 6.9 milyard dollar vəsaitə qənaət etmək olar.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Çində dünyanın ən sürətli qatarı təqdim edilib
Pekində CR450 adlı yeni sürət qatarının prototipləri təqdim edilib. Məlumata əsasən sözügedən yeni sürət qatarları saatda 450 km sürət yığa bilirlər.

Elm & Texnologiya
2024-cü ilin əsas ifadəsi açıqlanıb
Oksford lüğəti 2024-cü ilin əsas ifadəsini təyin edib. Maraqlısı ondadır ki, 2024-cü ilin təyin edilmiş əsas ifadəsi ilk dəfə ABŞ yazıçısı və filosofu Henry David Thoreau-nun 1854-cü ildə dərc edilmiş “Walden; or, Life in the Woods” adlı kitabında istifadə edilmişdi.

Elm & Texnologiya
Cənubi Koreya, TSMC-ya bənzər şirkət yaratmağa hədəflənib
Bu üsul ilə Cənubi Koreya öz regionunda yarımkeçiricilər ekosisteminin gücləndiricilməsini istəyir.

Elm & Texnologiya
"Harry Potter" film seriyasındakı görünməzlik mantiyasına bənzər material hazırlanıb
Çin Elektron Elmlər və Texnologiyalar Universitetinin mütəxəssisləri işıq dəyişiminə cavab olaraq rəngini dəyişə bilən material hazırlayıblar.

Elm & Texnologiya
Almaza milyonlarla il ərzində qala biləcək məlumatların yazılması texnologiyası hazırlanıb
Çin Elm və Texnologiyalar Universitetinin alimləri məlumatların almazlarda saxlanması texnologiyasını hazırlayıblar. Məlumata əsasən hazırlanmış texnologiya sayəsində məlumatlar almazlarda milyonlarla il ərzində qala bilər.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
