
Depressiya ilə mübarizə aparmağa yardımçı olan Woebot adlı çatbot
Elm & Texnologiya
09.06.2017
Emil
Alimlər, depressiya ilə mübarizə aparmaqda yardımçı olan çatbot yaradıblar.
Stenford Universitetinin alimləri tərəfindən yaradılmış
çatbot, gün ərzində istifadəçinin əhval-ruhiyyəsinə nəzarət edir və depressiya
ilə mübarizə aparmaqda ona yardımçı olur. Woebot adlı çatbot, Stenford
Universitetinin psixoloqları və süni zəka sahəsindəki mütəxəssisləri ilə birlikdə
hazırlanıb. Sözügedən çatbot hər gün istifadəçinin vəziyyəti ilə maraqlandığı
üçün ona müraciət edir. Bundan əlavə olaraq çatbot bu və ya digər mövzu ilə
bağlı istifadəçiyə video izləməyi və kiçik psixoloji oyunlar oynamağı da təklif
edir. Bu çatbotun iş prinsipinin əsasında koqnitiv-davranış terapiyası dayanır.
Bu, məhvedici stereotip düşüncəni və davranışı dəyişərək psixoloji problemləri
aradan qaldıran, geniş şəkildə yayılmış terapiya formasıdır. Məsələn, çatbot, “həmişə”
və “heç zaman” kimi sözlərin işlədilməsini istifadəçiyə məsləhət görmür. “Məndə
heç vaxt heçnə alınmır” cümləsini bir qədər daha pozitiv olan “Bəzən mən səhvlər
edirəm” cümləsi ilə əvəz etmək lazımdır.
70 tələbənin iştirak etdiyi kliniki təcrübələr zamanı bir
çox tələbələr sözügedən çatbotla ünsiyyətdən iki həftə sonra bir qədər
rahatladıqlarını bildiriblər. Çatbotu yaratmış şəxslərin fikrincə insanlar
robotla söhbət etdiklərini anladıqları vaxt daha səmimi olurlar. Canlı psixoloq
ilə ünsiyyət zamanı isə müalicə alan şəxs çox vaxt sıxılır və psixoloq tərəfindən
mühakimə olunacağından qorxur. “Mənim
professional sahəmdə bu barədə danışmaq müəyyən mənada qadağandır. Lakin
insanlar arasındakı münasibətlərdə bir sıra çətinliklər var. Belə bir çətinliklərdən
biri də digər insanlar tərəfindən qiymətləndirmə və mühakimə olunma qorxusudur”
– deyə Woebot-un yaradıcılarından biri və onun direktoru olan Alison Darcy
bildirib. Hal-hazırda Woebot, Facebook-dadır və onu sadəcə olaraq Messenger-ə əlavə
etmək lazımdır. Yeni istifadəçilər üçün pulsuz test mərhələsi nəzərdə tutulub.
Ondan sonra isə bu xidmətdən istifadə etmək üçün ayda 39$ ödəmək lazım gələcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
