Dərman kapsulu formasında olan robotun insanlar üzərində klinik testlərinə start verilir (VİDEO)
Elm & Texnologiya
25.06.2024
Emil Nəcəfov
Endiatx adlı şirkət dərman kapsulu formasında olan PillBot adlı robotun insanlar üzərində klinik testlərinə start verib. Dərman kapsulu formasında və ölçüsündə olan bu robot həkimə pasientin mədə-bağırsaq traktını distant şəkildə yoxlamasına imkan verəcək. Bununla belə pasientin həkim yanına getməsinə ehtiyac qalmayacaq və bütün proses pasientin evdə olduğu zaman baş tutacaq. PillBot pasientin udma vasitəsilə mədəsinə daxil olandan sonra virtual endoskop (optik cihaz növü) rolunda çıxış edəcək. Bunun sayəsində həkim pasientin xəstəxanaya müraciət etməsinə ehtiyac duymadan sadəcə telefon üzərindən videozəng vasitəsilə onun mədə-bağırsaq traktının yoxlanışını apara biləcək.
Endiatx şirkəti gələcəkdə PillBot-un funksionallığını genişləndirməyi planlaşdırır. Belə ki, dərman kapsulu formasında olan bu robota qanaxmanın dayandırılması, orqanizmdəki mikrobiom nümunələrinin və biopsiya nümunələrinin yığılması imkanları əlavə edilə bilər. Maraqlısı ondadır ki, bu innovasiyalı məhsulun hazırlanmasına dair olan yol xəritəsi özündə kiçik ölçülü cərrah robotların hazırlanması ehtimalını da birləşdirir. PillBot texnologiyasının əsas üstünlüyü istənilən yerdə sürətli diaqnostikanın aparılmasıdır. Heç şübhəsiz PillBot-un insanlar üzərində klinik testləri distant şəkildə diaqnostika və müalicə həllərinin yaradılması yolunda ilk addımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
Stenford Universitetinin alimləri HumanPlus adlı yeni insanabənzər robotu təqdim ediblər. Sözügedən yeni robot öyrənmə bacarığına və insan hərəkətlərinin qəliz ardıcıllıqla yerinə yetirilməsi özəlliyinə sahibdir.
Yapon şirkəti 2050-ci ilə qədər kosmik lifti istifadəyə verməyi planlaşdırır
Yapon şirkəti 2050-ci ilə qədər kosmik lifti istifadəyə verməyi planlaşdırır
Yaponiyanın Obayashi adlı şirkəti 2050-ci ilə kimi kosmik lift inşa etməyi planlaşdırır. Nəzərdə tutulan kosmik lift Yer kürəsinin geosinxron orbitinə yüklərin daşınması üçün istifadə ediləcək.
Dünyanın ilk naqilsiz prosessoru hazırlanıb
Dünyanın ilk naqilsiz prosessoru hazırlanıb
Yaponiyanın 2020-ci ildən yarımkeçiricilər sahəsində fəaliyyət göstərən Premo adlı startapı unikal prosessor prototipini təqdim edib.
Yeməklərə duz tökmədən duzlu dad verə bilən "elektron qaşıq" təqdim edilib! (VİDEO)
Yeməklərə duz tökmədən duzlu dad verə bilən "elektron qaşıq" təqdim edilib! (VİDEO)
Yaponiyanın "Kirin" içki şirkəti, səhhətindəki problem səbəbindən duz istehlak edə bilməyənləri və ya sağlamlığı üçün duzdan imtina etmək istəyənləri sevindirəcək elektron qaşığını təqdim edib.
Hindistanda 3D printer vasitəsilə çap edilmiş raket mühərriki test edilib
Hindistanda 3D printer vasitəsilə çap edilmiş raket mühərriki test edilib
Hindistan Kosmik Tədqiqatlar təşkilatı (ISRO) 3D printerdə çap edilmiş maye yanacaq əsaslı raket mühərrikinin testlərini uğurlu şəkildə keçirib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!