Logo
    main-post-cover

    Detektiv serialı izləyərək cinayət işinin üstünü açan süni zəka

    Elm & Texnologiya
    09.11.2017
    Emil
    Edinburq Universitetinin tədqiqatçıları “CSI: Crime Scene Investigation” detektiv serialının epizodlarının baxılması əsasında cinayətkarı təyin edə bilən alqoritm yaradıblar.
    Dəqiqlikdə insanı keçməyən və real kriminalistikada çox güman ki, tətbiq olunmayacaq bu texnologiya nitqin və videonun təyin edilməsində istifadə oluna bilər. Bu barədə New Scientist saytı xəbər verib. Sözügedən alqoritm Lea Frermann və onun Edinburq Universitetindən olan əməkdaşları vasitəsilə yaradılıb. Alqoritm CSI: Crime Scene Investigation serialının 39 epizoduna baxıb. Həmin 39 epizodda 59 cinayət işi açılıb. Serialın izlənməsi əsnasında süni zəka ekranda güman olunan cinayətkarı görüb-görmədiyini xəbər verməli idi.
    Bu baxımdan süni zəka insanı keçə bilməsə də, hər epizodun sonuna 10 dəqiqə qalmış o, cinayətkarı 60%-lik dəqiqliklə təyin edə bilirdi. İnsan isə bunu 85%-lik dəqiqliklə edirdi. Tədqiqatçılar güman edirlər ki, onların işləri sayəsində alqoritmlər video və mətnləri daha yaxşı başa düşəcəklər. Qeyd etmək lazımdır ki, süni zəka artıq kriminalistika sahəsində geniş istifadə olunur. Belə ki, günümüzdə alqoritmlər cinayət yerindən barmaq izi skanını çıxara və hələ olmamış cinayəti öncədən görə bilirlər. Bu cür texnologiyalardan əsasən Çikaqo və Dubayda istifadə olunur.
    Paylaş
    Bənzər xəbərlər