
Domen nədir? Nə üçündür? Və onu necə pulsuz əldə etmək olar?
Elm & Texnologiya
12.07.2018
Emil
İzaha çox bəsit və net başlasaq, domen saytın ünvanıdır. Yəni “facebook.com” və
“fb.com” Facebook adlı sosial şəbəkənin
domen adlarıdır.
Daha ətraflı izah üçün ən əsaslardan
başlamalıyıq. Əslində hər bir sayt sadəcə
olaraq hansısa digər kompüterdə yerləşən və kənardan baxılmağa açıq olan məlumat
toplusudur. Fərz edin ki, siz öz kompüterinizdə bir word fayl yazmısınız. Və heç bir əlavə proqramdan istifadə etmədən
hər-hansı tanışınız birbaşa sizin kompüterinizdəki bu fayla baxa bilir. Bunun üçün sadəcə sizin kompüterinizin İP
ünvanını daxil edir və həmin fayl açılır. Reallıqda təbii ki, saytlar və s. resurslar word fayllardan ibarət deyillər. Bunun üçün xüsusi proqramlaşdırma dilləri ilə
xüsusi formatda fayllar yaradılır. Amma
bu sadələşdirilmiş nümunədən nəyin necə işlədiyini yəqin başa düşdüz. Açar söz: İP ünvan. Yəni, əslində siz Facebook-a daxil olmaq üçün facebook.com yox, birbaşa 111.222.333.444 (nümunə) tipli ünvandan da daxil ola bilərsiniz.
Domenin mövcud olmasının ilkin səbəbi isə bu rəqəmləri
əzbərləmək məcburiyyətində qalmamağınızdır. Çünki şirkətin adı ilə eyni söz və sonluq daha asan yadda qalır nəinki
İP ünvan. Bunun üçün xüsusi DNS serverlər və domen provayderləri var. Domen qeydiyyatdan keçirdiləndə o, DNS serverlərə
yönlənir. Serverlər isə qarşılığında həmin saytın İP ünvanını deyir. Beləliklə,
siz brauzerinizdə “facebook.com” yazdıqda brauzer həmin DNS-lərdən soruşur: “Bu saytın İP ünvanı nədir?”, cavabı ilə həmin kompüterə yönlənir və lazımlı
faylları sizə brauzerinizdə sayt formasında göstərir. Və bütün bunlar millisaniyə sürəti ilə gizli
olaraq baş verir.
Domenin mövcud olmasının digər səbəbi isə təhlükəsizlikdir. İP ünvan ilə hücumlar daha təhlükəli
olur. Və hücum baş verdikdə elə ilk dəyişdirilən
bəndlərdən biri məhz İP-dir. Domeni isə dəyişdirmək olmaz. Çünki hər kəs bu facebook.com-u elə bu
formada yadda saxlayıb. Hücum baş verdikdə adını dəyişib bookface.com etsə
istifadəçi itirəcəkdir.
Domen adları bərkidildikləri sayt barədə qısa
məlumat verirlər. Məsələn .az .ru .ua
kimi domenlər regionaldırlar və Azərbaycan,
Rusiya, Ukrayna mənalarını verirlər. Bu domenlər ilə açılan saytlardan istifadəçilər
adətən lokallıq və həmin ölkəyə aid olan şirkət mənasını başa düşürlər. Qlobal
domenlərdən .com .org .info nümunələrini çəksək bunlar: Kommersiya, Təşkilat və Məlumat mənalarını
daşıyırlar. Təbii ki, heç kəs birbaşa mənalı
domen tətbiq etmək məcburiyyətində deyil. Məsələn siz bir sosial qürum olaraq Kommersiya məqsədi üçün yaradılmış .com domenini də
istifadə edə bilərsiniz. Lakin bu bəzi
hallarda səhv anlaşma yarada bilər. Və
Google kimi axtarış sistemləri də domendən informasiya toplayırlar. Ona görə də domen aldıqda nə qədər uyğun olsa
bu o qədər sizin xeyrinizədir.
Domen ödənişli bir xidmətdir. Yönləndirilmələrin
bir az öncə dediyimiz serverlərdə saxlanılması üçün illik bron xərci ödəməlisiniz. Amma bəzən yaradılan saytlar heç bir kommersiya
məqsədi daşımadığı üçün buna görə ödəniş etmək israfçılıq olur. Belə məqsədlər üçün uyğun bir neçə domen
adları var hansılar ki, tamamilə pulsuzdurlar:
● .tk domeni - Yeni zellandiyada yerləşən
Tokelau ərazisinə aiddir.
● .ml domeni - Afrikanın Mali şəhəri üçün
yaradılıb.
● .ga domeni - Gabon Respublikasını bildirir.
● .cf Mərkəzi - Afrika Respublikasını bildirir
● .gq - Ekvatorial Qvineya ölkəsinə
aiddir.
Bu domenlərin müəyyən ölkəni bildirməsi sizi
onları istənilən domenə bərkitməyi qadağan etmir. Çünki, əslində başlıca
prinsip yadda qalmasındadır. Məsələn,
Albaniyanı bildirən .al domeni bizdə alqı-satqı saytlarında geniş istifadə
olunur. Eyni ilə yuxarıdaki domenləri də sizə uyğun formada istifadə edə bilərsiniz.
Əgər domenlər ilə maraqlanırsınızsa deməli sizə sayt
lazımdır. Bunun üçün Owbike
sistemindən istifadə edə bilərsiniz. Asanlıqla, heç bir texniki bilik tələb olunmadan özünüz məqsədinizə
uyğun saytı yaradıb istənilən domeni cəmi 5 dəqiqəyə bərkidə bilərsiniz. Və
sistem hələki tamamilə pulsuz xidmət göstərir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
