Domen nədir? Nə üçündür? Və onu necə pulsuz əldə etmək olar?

Domen nədir? Nə üçündür? Və onu necə pulsuz əldə etmək olar?

Texnologiya
12.07.2018 PAYLAŞIM

İzaha çox bəsit və net başlasaq,  domen saytın ünvanıdır. Yəni “facebook.com” və “fb.com” Facebook adlı sosial şəbəkənin domen adlarıdır. 

Daha ətraflı izah üçün ən əsaslardan başlamalıyıq. Əslində hər bir sayt sadəcə olaraq hansısa digər kompüterdə yerləşən və kənardan baxılmağa açıq olan məlumat toplusudur. Fərz edin ki, siz öz kompüterinizdə bir word fayl yazmısınız. Və heç bir əlavə proqramdan istifadə etmədən hər-hansı tanışınız birbaşa sizin kompüterinizdəki bu fayla baxa bilir. Bunun üçün sadəcə sizin kompüterinizin İP ünvanını daxil edir və həmin fayl açılır. Reallıqda təbii ki, saytlar və s. resurslar word fayllardan ibarət deyillər. Bunun üçün xüsusi proqramlaşdırma dilləri ilə xüsusi formatda fayllar yaradılır. Amma bu sadələşdirilmiş nümunədən nəyin necə işlədiyini yəqin başa düşdüz. Açar söz: İP ünvan. Yəni, əslində siz Facebook-a daxil olmaq üçün facebook.com yox, birbaşa 111.222.333.444 (nümunə) tipli ünvandan da daxil ola bilərsiniz.

Bənzər xəbər


Domenin mövcud olmasının ilkin səbəbi isə bu rəqəmləri əzbərləmək məcburiyyətində qalmamağınızdır. Çünki şirkətin adı ilə eyni söz və sonluq daha asan yadda qalır nəinki İP ünvan. Bunun üçün xüsusi DNS serverlər və domen provayderləri var. Domen qeydiyyatdan keçirdiləndə o, DNS serverlərə yönlənir. Serverlər isə qarşılığında həmin saytın İP ünvanını deyir.  Beləliklə,  siz brauzerinizdə “facebook.com” yazdıqda brauzer həmin DNS-lərdən soruşur: “Bu saytın İP ünvanı nədir?”, cavabı ilə həmin kompüterə yönlənir və lazımlı faylları sizə brauzerinizdə sayt formasında göstərir.  Və bütün bunlar millisaniyə sürəti ilə gizli olaraq baş verir.

Domenin mövcud olmasının digər səbəbi isə təhlükəsizlikdir. İP ünvan ilə hücumlar daha təhlükəli olur. Və hücum baş verdikdə elə ilk dəyişdirilən bəndlərdən biri məhz İP-dir. Domeni isə dəyişdirmək olmaz. Çünki hər kəs bu facebook.com-u elə bu formada yadda saxlayıb. Hücum baş verdikdə adını dəyişib bookface.com etsə istifadəçi itirəcəkdir.

Domen adları bərkidildikləri sayt barədə qısa məlumat verirlər. Məsələn .az .ru .ua kimi domenlər regionaldırlar və Azərbaycan,  Rusiya,  Ukrayna mənalarını verirlər. Bu domenlər ilə açılan saytlardan istifadəçilər adətən lokallıq və həmin ölkəyə aid olan şirkət mənasını başa düşürlər. Qlobal domenlərdən .com .org .info nümunələrini çəksək bunlar: Kommersiya,  Təşkilat və Məlumat mənalarını daşıyırlar. Təbii ki, heç kəs birbaşa mənalı domen tətbiq etmək məcburiyyətində deyil. Məsələn siz bir sosial qürum olaraq Kommersiya  məqsədi üçün yaradılmış .com domenini də istifadə edə bilərsiniz.  Lakin bu bəzi hallarda səhv anlaşma yarada bilər. Və Google kimi axtarış sistemləri də domendən informasiya toplayırlar. Ona görə də domen aldıqda nə qədər uyğun olsa bu o qədər sizin xeyrinizədir. 

Domen ödənişli bir xidmətdir. Yönləndirilmələrin bir az öncə dediyimiz serverlərdə saxlanılması üçün illik bron xərci ödəməlisiniz. Amma bəzən yaradılan saytlar heç bir kommersiya məqsədi daşımadığı üçün buna görə ödəniş etmək israfçılıq olur. Belə məqsədlər üçün uyğun bir neçə domen adları var hansılar ki, tamamilə pulsuzdurlar:

 

          .tk domeni - Yeni zellandiyada yerləşən Tokelau ərazisinə aiddir. 

          .ml domeni - Afrikanın Mali şəhəri üçün yaradılıb.

          .ga domeni - Gabon Respublikasını bildirir.

          .cf Mərkəzi - Afrika Respublikasını bildirir

          .gq - Ekvatorial Qvineya ölkəsinə aiddir.

 

Bu domenlərin müəyyən ölkəni bildirməsi sizi onları istənilən domenə bərkitməyi qadağan etmir. Çünki, əslində başlıca prinsip yadda qalmasındadır. Məsələn, Albaniyanı bildirən .al domeni bizdə alqı-satqı saytlarında geniş istifadə olunur. Eyni ilə yuxarıdaki domenləri də sizə uyğun formada istifadə edə bilərsiniz.

Əgər domenlər ilə maraqlanırsınızsa deməli sizə sayt lazımdır. Bunun üçün Owbike sistemindən istifadə edə bilərsiniz. Asanlıqla, heç bir texniki bilik tələb olunmadan özünüz məqsədinizə uyğun saytı yaradıb istənilən domeni cəmi 5 dəqiqəyə bərkidə bilərsiniz. Və sistem hələki tamamilə pulsuz xidmət göstərir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×