Donald Trump iki şirkət arasındakı əsrin müqaviləsinə icazə vermədi

Donald Trump iki şirkət arasındakı əsrin müqaviləsinə icazə vermədi

Texnologiya
14.03.2018 PAYLAŞIM

ABŞ prezidenti Donald Trump “Broadcom” şirkətinin “Qualcomm”u almasını qadağan edən xüsusi göstəriş imzalayıb.

    Qeyd etmək lazımdır ki, bu iki nəhəng texnoloji şirkətin birləşməsi barəsində xəbərlər hələ keçən ilin sonlarında ortaya çıxmışdı. Sonradan isə xəbər hər iki şirkət tərəfindən təsdiqlənmişdir. Donald Trump-ın fikrincə bu cür müqavilə ölkənin milli təhlükəsizliyinə ciddi ziyan verə bilər. Trump düşünür ki, bu müqavilənin baş tutacağı halında ABŞ-ın milli təhlükəsizliyinə zərər verəcək faktorlar var.

    Belə ki, iki şirkətin birləşməsi halında Sinqapurun “Broadcom” şirkəti ABŞ-ın mobil cihazlar üçün çip istehsalı ilə məşğul olan ən böyük istehsalçılarından birini idarə etməyə başlayacaq. Qeyd etmək lazımdır ki, “Qualcomm” həmçinin “Apple” üçün də çip istehsalı ilə məşğul olur.



    Bu səbəbdən prezident təcili və həmişəlik sözügedən birləşmədən imtina göstərişi verib. Qeyd etmək lazımdır ki, “Broadcom” “Qualcomm”un alışı üçün şirkətə 117 milyard dollar vəsait təklif edirdi. Güman olunurdu ki, müqavilə 2018-ci ilin əvvəlində yekunlaşdırılacaq. “Qualcomm” bu təklifə artıq iki dəfə rədd cavabı verib. Belə ki, keçən ilin Noyabr ayında “Broadcom” 130 milyard dollar, bu ilin Fevral ayında isə 121 milyard dollar təklif etmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×