main-post-cover

    Donald Trump-ın qərarına görə Elon Musk, Ağ Ev-in məsləhət şurasından ayrıldı

    02.06.2017
    Farid Pardashunas

    Elon Musk, ABŞ prezidenti yanında məsləhət şurasından ayrıldı.

    Prezident Donald Trump-ın, ABŞ-ın Paris sazişindən çıxmasını elan etməsindən dərhal sonra Elon Musk, prezidentin yanında bütün məsləhət şuralarından çıxıb. “Prezident yanında məsləhət şurasından ayrılıram. İqlim dəyişikliyi real bir şeydir. Paris-dən çıxmaq ABŞ və bütün dünya üçün müsbət bir cəhət deyil” – deyə o öz Twitter hesabında bildirib. Musk-ın Ağ Ev-dən getmə xəbərindən sonra onun şirkəti “SpaceX”, yeni CRS-11 uçuş proqramını anons etdi. “SpaceX” ilə NASA-nın ümumi müqavilələrinin qiyməti hal hazırda 4.2 milyard dollar təşkil edir. Bundan əlavə olaraq Musk-ın şirkətinin ABŞ hərbi qüvvələri ilə də müqaviləsi var. 2020-ci ildə həmin müqavilənin qiyməti 70 milyard dollar təşkil edə bilər. Paris sazişi, 2015-ci ildə Barack Obama tərəfindən imzalanmışdır. Həmin vaxtda əlavə olaraq 194 ölkə də bu sazişi imzalamışdı. Paris sazişi, atmosferə karbon qazı tullantılarının aşağı salınması üçün nəzərdə tutulub. Bundan əlavə olaraq bu saziş, ekologiya problemlərinin həlli üçün 2020-ci ildə inkişafda olan ölkələrə 100 milyard dollar vəsait ayrılmasını da təsdiqləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər