Donald Trump yeni iPhone'dan məmnun deyil

Donald Trump yeni iPhone'dan məmnun deyil

Texnologiya
27.10.2019 PAYLAŞIM

    Görünür, ABŞ prezidenti Donald Trump bir neçə müddət bundan öncə yeni iPhone modelini əldə edib. Onun öz Twitter hesabında Apple CEO-su Tim Cook-a ünvanladığı mesajdan belə qənaətə gəlmək olar. ABŞ prezidentinin sözlərinə əsasən əvvəlki iPhone modelləri daha yaxşı idilər. Bu barədə Wccftech.com saytı xəbər verib. Öz mesajında Donald Trump bildirib ki, əvvəlki iPhone modellərində olmuş Home düyməsi vasitəsilə idarəetmə sistemi yeni iPhone modellərində olan swype idarəetmə sistemindən daha yaxşı idi.


    Çox güman ki, ABŞ prezidenti Home fiziki düyməsinə sahib olmayan yeni iPhone modellərindən birini əldə edib. Həmin iPhone modellərində isə idarəetmə sistemi jestlər vasitəsilə reallaşdrılır. Heç istisna deyil ki, əvvəlki Home düyməsi vasitəsilə idarəetmə sisteminin tərəfdarı təkcə Donald Trump deyil. Bu səbəbdən də gələn il şirkət iPhone 8-in dizaynını və iPhone 11-in texniki göstəricilərini əldə edəcək yeni iPhone modelini təqdim edəcək. Çox güman ki, bu, iPhone SE 2 modeli olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×