Donald Trump yenidən Apple şirkətini sərt şəkildə tənqid etdi
Elm & Texnologiya
16.01.2020
Farid Pardashunas
ABŞ prezidenti Donald Trump öz Twitter hesabında Apple şirkətini yenidən sərt tənqid edib. Bunun əsas səbəbi isə Apple şirkətinin Məhəmməd Səid Əlşəmran adlı şəxsin iPhone smartfonunu blokdan çıxarılmasından imtina etməsi olub. Qeyd etmək lazımdır ki, həmin şəxs Florida ştatındakı hərbi dəniz bazasına hücum etmişdir. Bu barədə Gagadget saytı xəbər verib.
“Biz hamımız Apple şirkətinə ticarətdə və digər məsələlərdə yardımçı oluruq. Lakin şirkət cinayətkarlar, narkotik alverçiləri və digər qanunsuz elementlərinin iştirakçılarının smartfonlarını blokdan çıxartmaqdan imtina edir. O indi bizim böyük ölkəmizə yardımçı olacaq. Yenidən Amerikanı böyük edək” - deyə Donald Trump qeyd edib.
Donald Trump ilə birlikdə Apple şirkətini həmçinin ABŞ-ın general prokuroru William Barr və FBI direktorunun müavini David Bowdich də tənqid ediblər. Apple şirkətinin təmsilçiləri isə Donald Trump-ın tənqidinə heç bir reaksiya verməyiblər. Qeyd etmək lazımdır ki, Apple şirkəti əvvəllər də bu cür məsələlərdə ABŞ hökumətinə və hüquq-mühafizə orqanlarına yardım etməkdən imtina edib. Bunun əsas səbəbi isə şirkət müştərilərinin şəxsi həyatlarının toxunulmazlığıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)