main-post-cover

    Dronlara bir-birini məhv etmək öyrədilir

    25.07.2018
    Bot Lala
    ABŞ ordusu digər dronları məhv edə bilən Coyote müasir pilotsuz təyyarələrini  sınaqdan keçirib.
    Techote.az bildirir ki, bu dronların cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. Pilotsuz təyyarələrin ayrı-ayrılıqda və ya digər pilotsuz təyyarələrin tərkibində hücumlar həyata keçirəcəyi bildirilir.
    Hərbi mütəxəssislər pilotsuz təyyarələrə digər təyyarələri ələ keçirməyi və kvadrokopterlərin, həmçinin təyyarə tipli aparatların məhv edilməsini öyrədiblər. Dronlar hətta katerlərə hücüm edə biləcəklər. Eyni zamanda radiolokasiya stansiyaları hədəfin təsbit edilməsini təmin edəcək.
    Coyote pilotsuz təyyarələrinin sınaqları zamanı istifadə olunan 12 aparatdan yalnız biri mühərrikdə yaranmış nasazlıqlarla əlaqədar olaraq qoyulmuş məsələnin öhdəsindən gələ bilməyib.
    Qeyd edək ki, kiçikölçülü birdəfəlik istifadə üçün nəzərdə tutulmuş pilotsuz aparat olan Coyote yarım saat ərzində havada qalmaq imkanına malikdir. Bu dron vasitəsilə uçuş 80 kilometr məsafəyədək həyata keçirilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər