Logo
    main-post-cover

    Dronları ovlamaq üçün çox ucuz və inqilabi bir metod hazırlanıb!

    Elm & Texnologiya
    27.12.2024
    Farid

         Böyük Britaniya Müdafiə Nazirliyi yalnız radio dalğalarından istifadə edərək pilotsuz uçuş aparatlarını zərərsizləşdirə bilən və bunu çox az büdcə ilə həyata keçirən futuristik bir silahı sınaqdan keçirir.

         Radio Frequency Directed Energy Weapon (RFDEW) adlanan bu sistemin hər bir “atışı” cəmi 13 sentə (təxminən 0.22 AZN) başa gəlir. Böyük Britaniya Qərbi Uelsdə bu qabaqcıl texnologiyalı silahın ilk canlı sınaqlarını uğurla başa çatdırıb. RFDEW lazer əsaslı enerji silahlarından fərqli olaraq, yüksək güclü radio dalğalarından istifadə edərək dronların və raketlərin daxili elektronikasını zərərsizləşdirir.
         Müasir döyüş şəraitində dronların rolu böyükdür və artıq onlarla sürü şəklində hücumlar təşkil etmək mümkündür. Bu vəziyyət lazer əsaslı silahların sürü şəklində hücumlara cavab verməkdə çətinlik çəkməsinə səbəb olur, çünki lazer silahları fərdi hədəflərə qarşı daha effektivdir. Lakin RFDEW bu sahədə üstün performans nümayiş etdirir. Sınaqlarda sistem 1 kilometr məsafəyə qədər bir neçə dronu aşkar edərək izləməyi və onları zərərsizləşdirməyi bacarıb. RFDEW-nin hər bir atışının cəmi 13 sentə başa gəlməsi sistemin iqtisadi cəhətdən səmərəliliyini göstərir. Üstəlik, yüksək avtomatlaşdırma səviyyəsinə malik olan sistemin bir nəfər tərəfindən asanlıqla idarə olunması onu gələcək hərbi əməliyyatlar üçün cəlbedici edir.
         Sistem yalnız hava təhdidləri ilə məhdudlaşmır, həmçinin quru və dəniz üzərindəki təhlükələrə qarşı da effektiv olur. Bu çoxfunksionallığı RFDEW-ni müasir döyüş sahələrində çox yönlü bir vasitəyə çevirir. Hər hansı bir hərbi nəqliyyat vasitəsinə inteqrasiya edilə bilməsi isə onun istifadəsini daha da asanlaşdırır. RFDEW-nin inkişafında Thales rəhbərliyində QinetiQ Teledyne e2v kimi önəmli müdafiə şirkətlərinin əməkdaşlıq etdiyi vurğulanır. Müdafiə naziri Maria Eagle bu yeni texnologiyanı "oyunu dəyişdirən" bir silah kimi təsvir edərək, ölkənin inkişaf edən təhdidlərə qarşı üstünlüyünü qorumaq üçün böyük bir addım adlandırıb. Bununla belə, sistemin aktiv əməliyyatlarda istifadəsi üçün əlavə sınaqlar və dəqiqləşdirmələr tələb olunur.
    Paylaş
    Bənzər xəbərlər
    gunes-enerjisi-ile-stratosferde-uca-bilen-neheng-herbi-pilotsuz-teyyare-sinaqdan-kecirilib
    Elm & Texnologiya

    Günəş enerjisi ilə stratosferdə uça bilən nəhəng hərbi pilotsuz təyyarə sınaqdan keçirilib!

    ABŞ və Yapon şirkətləri yüksək hündürlükdə platforma stansiyası kimi xidmət edəcək günəş enerjili hava vasitəsi hazırlayıblar. 78 metrlik qanada sahib pilotsuz uçuş aparatı (PUA), 68 kiloqrama qədər yük daşıya bilir.
    cinde-10197-drondan-ibaret-hava-sousu-ile-dunya-rekordu-qirilib-video
    Elm & Texnologiya

    Çində 10.197 drondan ibarət hava şousu ilə dünya rekordu qırılıb! (VİDEO)

    Çinin Shenzhen Bay Parkında Milli Gün qeyd etmələrinin əvvəlində 10.197 drondan ibarət möhtəşəm dron şousu keçirilib və 2 dünya rekordu qırılıb.
    londonda-xestexanalar-arasinda-tecili-qan-catdirilmasi-dronlar-vasitesile-edilecek
    Elm & Texnologiya

    Londonda xəstəxanalar arasında təcili qan çatdırılması dronlar vasitəsilə ediləcək

    Britaniyanın Apian adlı startapı, dron istehsalçısı olan Wing şirkəti və Britaniya Milli Səhiyyə Xidməti birlikdə maraqlı bir proqramı işə salıblar.
    cinde-8100-pilotsuz-ucan-aparatdan-istifade-edilen-numayisde-rekord-qirilib-video
    Elm & Texnologiya

    Çində keçirilən bir nümayişdə 8100 ədəd drondan istifadə edilərək dünya rekord qırılıb! (VİDEO)

    Çinin Shenzhen şəhərində 8100 drondan istifadə edilməklə dünyanın ən böyük dron nümayişi həyata keçirilib.
    dunyanin-ilk-hidrogenle-isleyen-100-km-menzilli-pilotsuz-ucan-aparati-havaya-qaldirilib
    Elm & Texnologiya

    Dünyanın ilk hidrogenlə işləyən 100 km mənzilli pilotsuz uçan aparatı havaya qaldırılıb!

    Hidrogenlə işləyən yeni "Tianmushan  No. 1" pilotsuz uçuş aparatı, Çində problemsiz şəkildə qalxış və eniş edə bilib. Yeni pilotsuz uçuş aparatı, 100 km məsafə qət edə bilən dünyanın hidrogenlə işləyən ilk dronudur.