main-post-cover

    Dubay mərkəzli Keepface, 'MENA' bölgəsini hədəfləyir

    05.07.2017
    Farid Pardashunas
    "Influencer Marketing" platforması Keepface.com Dubay mərkəzli şirkətlərinin təsisi ilə MENA bölgəsini hədəfləyir.
    Şimali Afrika və Yaxın Şərq ölkələrinin bazarında olan boşluqlardan yararlanmaq istəyən yerli startap Gürcüstan və İran bazarlarından sonra sözügedən regionun da imkanlarından faydalanmaq istəyir.
    Emin Vəli, Vaqif Abbasov və Elşad Yusiflinin təsisçiliyi əsasında, bugünlərdə Dubayda "Keepface DMCC "( Dubai Multi Commodities Centre ) adı altında şirkət təsis edilib.
    Şirkət, ilkin olaraq  AstroLabs akselerasiya mərkəzinin fiziki ərazindən əsas ofis olaraq istifadə edəcək. Qeyd edək ki, Dubay MENA bölgəsi üçün açar rolunu oynayır. Azad İqtisadi Zona və xüsusi vergi güzəştlərinin olması, Dubayı son illərdə şirkətlərin və startapların əsas mərkəzinə çevirib. Bu xüsusiyyət ilə Dubay hal hazırda invesitisiya imkanlarına görə digər şəhərlərdən bir addım öndədir. Əlverişli biznes şərtləri ilə investorların marağını cəlb edən şəhər, ərəblərin neft kapitalının ağıllı kapitala çevirdiyi mərkəz hesab olunur.
    Qeyd edək ki, Keepface sosial medianın məşhur simaları (influenserləri) və brendləri bir araya gətirən avtomatlaşdırılmış platformadır. Bu platforma vasitəsilə influenser qismində qeydiyyatdan keçməklə, müxtəlif brendlərin reklamlarının paylaşılmasın üçün təkliflər ala bilərsiniz. Keepface bir növ, influenserlər və şirkətlər arasında vasitəçilik etməklə "marketplace" rolunu oynayır.
    Keepface haqqında daha ətraflı məlumatı platformanın rəsmi saytından əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər