main-post-cover

    Dünya internet kəsintilərinə məruz qala bilər

    06.09.2018
    Farid Pardashunas
    Dünya domen adları sisteminin müdafiəsi parametrlərinin yenilənməsinə görə bu il Oktyabrın 11-dən sonra istifadəçilər internet şəbəkəsində sürətin azalması və bəzi saytların ümumiyyətlə, açılmaması problemi ilə qarşılaşa bilər.
    Technote.az bildirir ki, avqust ayının sonlarında Domen adların və IP-ünvanların İdarəsi üzrə Korporasiya (ICANN) tarixdə ilk dəfə internetin domen adlar sisteminin (DNS) qorunmasına xidmət edən kriptoqrafik açarların dəyişdiriləcəyini xatırladıb.
    Yeni açarlara (Key Signing Key, KSK) keçid oktyabrın 11-də baş tutacaq. Eyni zamanda, təşkilat internet istifadəçilərinin az hissəsinin kompüterlərin bir-biri ilə əlaqə yaratmaq üçün istifadə etdikləri domen adların həllində (başqa sözlə, resursun adının rəqəmli IP-ünvana çevrilməsi zamanı) çətinlik yaşayacağı barədə xəbərdarlıq edib.
    Bu cür çətinliklərə görə bəzi istifadəçilər, məsələn, brauzerin ünvan bölməsində göstərdikləri saytı aça bilməyəcəklər. Qeyd edək ki, kriptoqrafik açarlar 2010-cu ildə ICANN-ın təşəbbüsü ilə ərsəyə gəlib. Onlar "DNS Security"nin (DNSSEC) genişləndirilməsində istifadə olunub.(Report.az) 
    Linki kopyala