Dünya okeanının temperaturu son 400 ildə rekord həddə çatıb
Elm & Texnologiya
08.08.2024
Emil Nəcəfov
Planetdə artıq cərəyan edən iqlim böhranı təkcə quru sahələrin canlıları üçün deyil, həmçinin dünya okenındakı canlılar üçün də böyük təhlükə mənbəyidir. Yer kürəsinin quru sahələrinin ekstremal istilik dalğaları, meşə yanğınları və quraqlıqların təsirləri altına düşdükləri bir vaxtda inanılmaz yüksək istilik faktoru dünya okeanındakı bütün canlıların həyatlarını təhlükə altına atır. Aparılmış yeni tədqiqat çərçivəsində alimlər dəniz mərcanlarının skeletlərini analiz ediblər. Analiz edilmiş dəniz mərcanları fosillərinin kimyəvi tərkibləri Avstraliyanın şimal-şərq sahilində yerləşən Mərcan dənizinin keçmiş temperaturuna işarə edirlər.
Bu sahədə mərcanlar hələ yüzlərlə il bundan öncə mövcud olublar. Alimlər həmçinin dəniz səthinin hal-hazırki temperaturunu təyin ediblər və iqlim analizi aparıblar. Nəticədə onlar son 50 ilin iqlim vəziyyəti barəsində detallı təsviri formalaşdıra biliblər. Beləliklə aparılmış araşdırmaya əsasən rif (dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər) formalaşdıran mərcanlar hal-hazırda daha həssas vəziyyətdədirlər. Onlar minimum son 400 il ərzində hal-hazırki iqlim temperaturu ilə qarşılaşmayıblar. Alimlər hesab edirlər ki, Yer kürəsində yüzlərlə il ərzində mövcud olmuş dəniz mərcanları yaxın gələcəkdə nəticə etibarilə məhv ola bilərlər.
Hal-hazırda dəniz mərcanları ilə yanaşı onların arasında yaşayan dəniz canlıları da məhv olma riski altındadırlar. Mütəxəssislərin sözlərinə əsasən dünya okeanının belə acınacaqlı vəziyətinin əsas səbəbkarı insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyidir. Aparılmış iqlim analizi həmçinin təsdiqləyib ki, son onilliklərdə hava temperaturunun sürətli artımı insanların iqlim sisteminə təsirləri ilə əlaqəlidir. Ən böyük təhlükələrdən biri onunla bağlıdır ki, Böyük Sədd rifinin məhv olması bütün planetə öz təsirini göstərəcək. Məlumdur ki, Böyük Sədd rifi dəniz temperaturunun artımına olduqca həssasdır.
Ona görə də onu məhv olmaqdan xilas etmək üçün bütün səyləri ortaya qoymaq lazımdır. Dəniz mərcanı stress vəziyyətində olduğu zaman o, sağ qalmaq üçün vacib olan yosunları öz toxumaları üzərindən ayırır. Təəssüflər olsun ki, iqlim böhranını nəzərə almaqla bu cür isti hava şəraiti getdikcə daha ekstremal hal alacaq və nəticədə dəniz mərcanları ilə bağlı olan bu proses təkrarlanacaq. Alimlərin aparmış olduqları araşdırmaya əsasən Böyük Sədd rifinin mərcanları keçmiş ilə müqayisədə indiki vaxtda 3-4 dəfə daha çox stress halında olurlar. Bu isə öz növbəsində təkcə mərcan rifləri üçün deyil, həmçinin onlara ehtiyac duyan dəniz canlıları üçün də böyük təhlükə mənbəyidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ötən günlərin birində Dünya tarixinin ən isti günü yaşanıb!
Ötən günlərin birində Dünya tarixinin ən isti günü yaşanıb!
Qlobal istiləşmə və iqlim dəyişikliyi yeni rekordlar qırır. Avropanın iqlim xidməti Copernicus-un məlumatına görə, ötən bazar Yer kürəsi bəşəriyyət tərəfindən ölçülən ən isti gün kimi tarixə düşüb.
Yer kürəsini gələcəkdə daha acınacaqlı iqlim vəziyyəti gözləyir
Yer kürəsini gələcəkdə daha acınacaqlı iqlim vəziyyəti gözləyir
Aparılmış yeni tədqiqata əsasən planetin istiləşmə prosesinin 1.5 dərəcə Selsi səviyyəsində saxlanması cəhdi uğursuzluqla yekunlaşıb.
Yer kürəsi davamlı istilik dalğalarının təsirlərinə məruz qalacaq
Yer kürəsi davamlı istilik dalğalarının təsirlərinə məruz qalacaq
İqlim böhranı artıq gələcəyin qorxuducu ehtimalı deyil. Belə ki, o artıq planetimizdə hökm sürür. Bütün dünya üzrə milyonlarla insan artıq ilk istilik dalğalarının təsirlərinə məruz qalıblar.
Ölüm Vadisi səhrasında temperatur 54 dərəcə Selsiyə çatıb
Ölüm Vadisi səhrasında temperatur 54 dərəcə Selsiyə çatıb
2023-cü ilin payız fəslində ABŞ-ın Kaliforniya ştatında yerləşən Ölüm Vadisi adlı səhra ərazisində son 84 il ərzində ilk dəfə baş vermiş qasırğa bu səhranı oazisə çevirmişdi.
Planetdə rekord istiliyə sahib ardıcıl 13-cü ay yaşanıb
Planetdə rekord istiliyə sahib ardıcıl 13-cü ay yaşanıb
İqlim böhranı Yer kürəsində hökm sürməyə davam edir. Nəticədə planetin müxtəlif nöqtələrində istilik dalğaları, quraqlıqlar və meşə yanğınları müşahidə edilir.
Həftənin xəbərləri
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib