Dünyaca məşhur robot Sophia Azərbaycan milli geyimində Bakıda çıxış edəcəkdir

Dünyaca məşhur robot Sophia Azərbaycan milli geyimində Bakıda çıxış edəcəkdir

Texnologiya
31.07.2018 PAYLAŞIM

27-28 oktyabr tarixlərində FA International Trade Events və Keepface DMCC şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” konqressində dünyaca məşhur Robot Sophia Azərbaycan milli geyimində çıxış edəcəkdir.

Medianın sevimlisinə çevrilən Sophia haqqında xəbərlər 2017-ci il ərzində 10 milyard dəfə oxunmuş və izlənilmişdir. Məşhur moda jurnallarından birinin də üz qabığında yer alan Sophia, Bakı Konqress Mərkəzində baş tutacaq “Global İnfluencer Day” tədbirində spiker olaraq çıxış edəcəkdir.

Bənzər xəbər


Dünyaca məşhur qlobal şirkətlərin nümayəndələrinin iştirak edəcəyi konqresdə 3500 nəfər iştirakçı nəzərdə tutulub. Hər kəsin iştirak edə biləcəyi tədbirdə, biznes sahibləri, CEO-lar, marketinq və PR qurumların rəhbərləri, marketing və brend menecerlər, məşhurlar, makro və mikro “influencer”lar və media nümayəndələri iştirak edəcəkdir.

Tədbir zamanı iştirakçılar fərqli panel mövzularının müzakirə ediləcəyi “Influencer Marketing” konfransına qatılaraq öz sahələrində sözünü demiş ekspertləri dinləyə biləcək, dünyanın 30 ölkəsindən dəvət ediləcək “influencer”lar ilə görüşə biləcək. Həmçinin sosial mediada paylaşımları ilə seçilən “influencer”ların mükafatlandırma mərasimi təşkil ediləcəkdir.

Bakıda keçiriləcək “Global İnfluencer Day” konqresinə biletlərin satışı 1 Avqust 2018-ci il tarixindən təqdim ediləcəkdir. Biletləri onlayn şəkildə və ya tədbirin eksklüziv partneri olan iTicket-in bütün kassalarından əldə etmək mümkün olacaq.

“Global İnfluencer Day” ilə bağlı ən yeni xəbərləri https://influencerday.org/ ünvanından izləyə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×