main-post-cover

    Dünyada 1 dəqiqə ərzində nə qədər DDoS hücum reallaşdırılır?

    Elm & Texnologiya
    24.02.2020
    Emil Nəcəfov
        Bu ilin əvəvlndə Group-IB şirkətinin mütəxəssisləri proqnozlaşdırmışdılar ki, DDoS hücumların gücləri və tezlikləri yüksələcək. Netscout şirkətinin mütəxəssislərinin yeni tədqiqatlarında hackerlərin paradiqmalarının dəyişikliyindən əlavə olaraq IoT texnologiyalarının yayılması ilə bu cür hücumların say artımını da təyin ediblər. Bu barədə Zdnet saytı xəbər verib. Beləliklə yeni tədqiqata əsasən DDoS hücumlar ən böyük problemləri korporativ şəbəkələrə yaradırlar.
        Netscout mütəxəssisləri qeyd ediblər ki, 2018-ci ilin ikinci yarısı ilə 2019-cu ilin ikinci yarısı arasındakı müddətdə DDoS hücumların sayı 87% yüksəlib. Bununla yanaşı həmin hücumların tezlikl'ri bütün dünya üzrə 16% yüksəlib. Beləliklə hər dəqiqə ərzində 16 DDoS hücum reallaşdırılır. Təqdim edilmiş vaxtlarda müşahidə edilmiş ən güclü DDoS hücum 2019-cu ildə baş verib və onun  gücü saniyədə 622 Gbit təşkil edib. Lakin bu cür irimiqyaslı DDoS hücumlar hüquq-mühafizə orqanlarının diqqətlərini cəlb edirlər.
        Bu səbəbdən də adətən DDoS hücumların gücü saniyədə 100-200 Gbit təşkil edir. Təqdim edilmiş hesabatda qeyd edilmiş müddət ərzində mütəxəssislər saniyədə 300 Gbit gücə sahib DDoS hücumların saylarının 42% aşağı düşdüyünü müşahidə ediblər. Bu cür statistikaya ən böyük töhfəni verən isə IoT texnologiyalardır. Proqnoza əsasən bu ilin sonuna kimi onların sayları 20.4 milyard ədad cihaz olacaq. Adətən bu cür cihazlar Mirai adlı botnetə yoluxurlar. Bu botnet isə 103.000-ə yaxın varianta sahibdir. Hackerlər sözügedən cihazların aşağı səviyyəli təhlükəsizlik sistemlərindən istifadə edirlər. Belə ki, istifadəçilər öz cihazlarında standart login və şifrələri dəyişmirlər. 
    Linki kopyala