Dünyada bir ilk. Afrikada blockchain əsaslı prezident seçkiləri keçirildi

Dünyada bir ilk. Afrikada blockchain əsaslı prezident seçkiləri keçirildi

15.03.2018 PAYLAŞIM

Qərbi Afrikanın Serra-Leona adlı dövlətində 7 Mart tarixində prezident seçkilərinin ilk turu keçirildi.

    Səsvermədə əhalinin 70%-i iştirak edib. Seçkilərdəki səslərin hesablanması üçün isə ilk dəfə blockchain texnologiyasından istifadə olunub. Onun hazırlanmasında Agora adlı startapın CEO-su Leonardo Gammar iştirak edib. Bu barədə Techcrunch saytı xəbər verib. Səsvermə prosesi blockchain texnologiyası vasitəsilə anonim şəkildə keçirilib. Səsvermədə iştirak etmiş hər bir şəxs nəticələr ilə tanış ola bilər.

“Serra-Leona dövləti seçkidə iştirak edən insanlar üçün düzgün seçki atmosferi yaratmaq istəyir. Əsasən də bu, seçkilərdən sonrakı ictimai qiymətləndirməni əhatə edir. Blockchain-dən bülletenlərin dəyişdirilə bilməyən qeyd prosesi və səsvermə nəticələri kimi istifadə edərək ölkə prezident seçkilərini legitimləşdirməyi və müxalifət partiyaları tərəfindən olan qınaqların sayını aşağı endirməyi ümid edir” – deyə Gammar bildirib.

    Bundan əlavə olaraq o, blockchain-in desentrəlizə olunmuş sisteminin vacibliyini də qeyd edib. Agora startapının CEO-su Leonardo Gammar və onun komandası bu məhsulu Afrikanın digər ölkələrinə də yaymağı planlaşdırır. Blockchain texnologiyasının seçki proseslərinə inteqrasiya olunması həmçinin korrupsiyanın qarşsını almaq və adi kağız bülletenlərindəki xərclərin aşağı salınması üçün nəzərdə tutulub. Serra-Leonadə prezident seçkilərinin ikinci turu 27 Mart tarixində baş tutacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×